“Azərkosmos" İlon Maskın qatılacağı beynəlxalq tədbirə 6,2 mln. manat xərcləyəcək

İQTİSADİYYAT

25 Yanvar 2023 | 11:45

249 dəfə oxunub

“Azərkosmos" bu il 2-6 oktyabr tarixlərində Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinin təşkil edilməsi məqsədilə sərgi pavilyonu konstruksiyalarının satın alınması tenderinə yekun vurub.

REYD xəbər verir ki, tenderin qalibi Almaniyanın "Losberger De Boer" GMBH şirkəti seçilib. Qalib şirkətə müqavilə üzrə 6 milyon 178 min 775.6 manat ödəniləcək.Qeyd edək ki, “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusunda Bakıda keçiriləcək konqresdə kosmik sahənin aparıcı qurumlarından – ABŞ-ın (NASA), Fransanın (CNES), “Airbus”, “Boeing”, Yaponiyanın (JAXA), Türkiyənin (TUA) və bir çox digər dövlətlərin nümayəndələri də olmaqla 6 mindən çox qonaq bir araya gələcək. Konqresdə "Amazon"un qurucusu və rəhbəri Cef Bezos və ABŞ-ın "Space X" şirkətinin rəhbəri İlon Maskın da iştirakı gözlənilir.



SON XƏBƏRLƏR

25 Mart 2023
24 Mart 2023
23 Mart 2023
22 Mart 2023
21 Mart 2023