Avropada ilin əvvəlində COVID-19-a 7 milyondan çox yoluxma qeydə alınıb

DÜNYA

11 Yanvar 2022 | 14:52

3279 dəfə oxunub

Avropa regionunda 2022-ci ilin ilk həftəsində COVID-19-a 7 milyondan çox yeni yoluxma qeydə alınıb.

REYD-in xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun direktoru Hans Kluqe mətbuat brifinqində deyib.

“Yanvarın 10-na olan məlumata görə, 26 ölkənin hər birinin əhalisinin 1%-dən çoxu hər həftə COVID-19-a yoluxur”, - Hans Kluqe bildirib.

Onun sözlərinə görə, ölüm nisbəti sabit olaraq qalır və ən yüksək ölüm faizi vaksinasiyanın zəif olduğu ölkələrdə qeydə alınır.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023