Akar: Türkiyə daxilində və sərhədlərində terrora son qoymaqda qərarlıdır

DÜNYA

24 May 2023 | 14:23

144 dəfə oxunub

Ankara ölkə daxilində və sərhədləri boyunca terrorun varlığına son qoymaqda qərarlıdır.

REYD-in İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar NTV kanalına müsahibəsində bildirib.

O qeyd edib ki, ölkəsi Suriya ərazisində terror dəhlizinin yaradılmasının qarşısını alaraq, Suriyanın da ərazi bütövlüyünü qoruyub.

Nazirin sözlərinə görə, hazırda Suriyanın 3/1 terrorçuların nəzarəti altındadır. Akar, həmçinin Suriya tərəfi ilə koordinasiya mexanizminin yaradılmasına dair hazırlıq işlərinin də davam etdiyini əlavə edib.



SON XƏBƏRLƏR

31 May 2023
30 May 2023
29 May 2023
27 May 2023
26 May 2023