Yardımlıda narkokuryerdən 10 kq narkotik götürülüb

HADİSƏ

30 May 2023 | 10:22

432 dəfə oxunub

Yardımlıda saxlanılan narkokuryerdə 10 kiloqramdan artıq narkotik vasitə və həblər aşkarlanıb.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun Jiy kəndi ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini İqbal Aslanov “Toyota Prius” markalı avtomobildə saxlanılıb.

Polis əməkdaşları tərəfindən həmin avtomobilə keçirilən baxış zamanı oradan ayrı-ayrı bükümlərdə qablaşdırılmış ümumilikdə 5 kiloqramdan artıq heroin və 3 kiloqram 500 qram marixuana, 2 kiloqram metamfetamin və 1000 ədədə yaxın metadon həbi aşkarlanaraq götürülüb.

İlkin araşdırma zamanı İ.Aslanovun həmin narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyi və Bakı şəhərinə apararaq orada deyiləcək yerlərə çatdırmalı olduğu müəyyən edilib. Məhkəmənin qərarı ilə İ.Aslanov barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı zəruri istintaq hərəkətləri həyata keçirilir.



SON XƏBƏRLƏR

30 Sentyabr 2023
29 Sentyabr 2023
28 Sentyabr 2023
27 Sentyabr 2023
26 Sentyabr 2023
25 Sentyabr 2023