Xocavəndin Edilli kəndində daha bir kütləvi məzarlıq aşkarlanıb - FOTO

ÖLKƏ

04 Oktyabr 2022 | 14:22

1762 dəfə oxunub

Xocavəndin Edilli kəndində daha bir kütləvi məzarlıq aşkarlanıb.

REYD-in Qarabağ bürosu xəbər verir ki, məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb.

Əşyalarla birlikdə aşkarlanan skeletlərin geyimlərindən hərbçi olduqları bilinir. Bundan başqa, skeletlərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlandığı məlum olub.

Hazırda müvafiq qurumların nümayəndələri və KİV təmsilçiləri kütləvi məzarlığa baxış keçirir.

Qeyd edək ki, bu ilin fevral ayında da Xocavəndin Edilli kəndində kütləvi məzarlıq aşkarlanmışdı.

 

 



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023