Xəzərin səviyyəsi 35 sm düşüb

ÖLKƏ

05 Oktyabr 2022 | 16:39

1699 dəfə oxunub

Qazaxıstan sahillərində müşahidə olunan proses Xəzər dənizinin səviyyə tərəddüdləri ilə bağlı deyil.

Bunu Milli Hidrometeorologiya Xidmətinin şöbə müdiri Əkbər Əsgərov  bildirib. O qeyd edib ki, Xəzərin şimal sahil xəttinin meylliliyinin çox az olması səbəbindən adətən güclü və davamlı küləklər nəticəsində dəniz suyunun sahilə doğru qovulması prosesləri baş verir:

“Ötən günlərdə sürəti 23 m/san-yə çatan güclü külək nəticəsində Aktau və Atırau şəhərlərinin dəniz sahilləri subasmaya məruz qalıb. Hazırda küləyin sürətinin azalması və suyun geri çəkilməsilə əlaqədar həmin şəhərlərdə vəziyyət stabildir”.

Ə.Əsgərovun sözlərinə görə, bu proses Xəzərdə səviyyə tərəddüdləri ilə deyil, Xəzərin şimalında formalaşan və müvəqqəti xarakter daşıyan sinoptik şəraitlə bağlıdır.

“Hazırda mövsümə uyğun olaraq Xəzər dənizinin səviyyəsində enmə müşahidə olunur. Faktiki səviyyə Baltik sisteminə görə -28,65 sm-dir. Keçən ilin sentyabr ayı ilə müqayisədə bu ilin sentyabr ayında dənizin səviyyəsi 35 sm aşağıdır”.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023