TƏBİB: 2030-cu ilə qədər vərəmdən ölüm hallarının 90% azalması planlaşdırılır

Gündəm

17 Mart 2023 | 14:48

1425 dəfə oxunub

2030-cu ilə qədər vərəmdən əziyyət çəkənlərin cibdən ödənişlərinin minimuma endirilməsi hədəflənib.

REYD xəbər verir ki, bunu TƏBİB-in İlkin tibbi sanitariya yardımın təşkili şöbəsinin müdiri Nəhmət Rəhmanov deyib.

O bildirib ki, ÜST-ə üzv dövlətlər vərəmlə mübarizədə startegiya müəyyən edir, hədəflər qoyurlar:

“Eynən bizdə də həmin strategiya və hədəflər əsas götürülüb. 2015-ci illə müqayisədə 2030-cu ilə qədər vərəmdən ölüm hallarının 90%, xəstələnmə hallarının 80% azalmasına, xəstəlikdən əziyyət çəkənlərin cibdən ödənişlərinin isə minimuma endirilməsinə nail olmaq planlaşdırılır. Vərəmlə mübarizə strategiyamızda bu, əsas yer tutur.”.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023