Sumqayıtda minik maşını yük avtomobilnə çırpılıb, ölən var

HADİSƏ

24 Noyabr 2022 | 17:56

1608 dəfə oxunub

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

REYD-in yerli bürosunun məlumatına görə, hadisə Bakı-Sumqayıt avtomobil yolunun Sumqayıtdan keçən hissəsində qeydə alınıb. "Opel" markalı avtomobil idarəetmənin itməsi səbəbindən yük maşınının altına girib. Qəza nəticəsində minik vasitəsinin sürücüsü hadisə yerində ölüb.

Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023