Şirvanda mənzildən 8 min manatlıq oğurluq olub

Gündəm

19 Oktyabr 2021 | 13:19

3028 dəfə oxunub

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində oğurluq edən şəxs saxlanılıb.

Şirvanda mənzildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə şəhər ərazisində yerləşən evlərin birinə qanunsuz daxil olan və ümumi dəyəri 8000 manatdan çox olan müxtəlif növ məişət əşyaları və avadanlıqları, eləcə də geyim əşyaları oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Rüstəmov saxlanılıb.

Saxlanılan zaman həmin şəxsin üzərinə keçirilən baxış zamanı ondan narkotik maddə olan heroin aşkarlanaraq götürülüb.
Dindirilmə zamanı E.Rüstəmov törətdiyi oğurluq əməlini etiraf edib. Oğurlanan əşya və avadanlıqlar maddi sübut kimi istintaqa təqdim edilib.
Faktla əlaqədar Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb. Onun digər analoji hadisələrdə iştirakının olub-olmaması araşdırılır.

 

 



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023