Sabirabadda inkassatorun vurduğu qız 4 gün sonra ölüb

HADİSƏ

21 Mart 2023 | 14:15

1313 dəfə oxunub

Sabirabadda inkassatorun vurduğu qız 4 gün sonra xəstəxanada ölüb.

REYD xəbər verir ki, martın 17-də 1978-ci il təvəllüdlü Zeynalov Rauf Süleyman oğlu idarə etdiyi inkassator “Ford Transit” markalı avtomobillə Sabirabad rayonu, Bala-Həşimxanlı kəndi ərazisində hərəkətdə olan zaman qarşısına çıxan velosipedçi 1972-ci il təvəllüdlü Əliyev Suliddin Lətif oğlunu vurması nəticəsində sonuncu hadisə yerində ölüb.

Oturacaqda əyləşən qızı 2011-ci il təvəllüdlü Əliyeva Zeynəb Suliddin qızı xəsarətlər alaraq Şirvan şəhər mərkəzi xəstəxanasına daxil olub.

Onun vəziyyəti ağır olduğundan Bakıda yerləşən "City Hospital"a köçürülüb.

Lakin həkimlərim səyinə baxmayaraq o, xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

 



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023