Sabahın hava proqnozu açıqlanıb

ÖLKƏ

02 Fevral 2023 | 13:00

206 dəfə oxunub

Fevralın 3-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağıntılı olacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu gecə 2-4° isti, gündüz 6°-dək isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək. Arabir duman, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 5-8° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 2-7° şaxta olacaq. Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.



SON XƏBƏRLƏR

25 Mart 2023
24 Mart 2023
23 Mart 2023
22 Mart 2023
21 Mart 2023