Qanunsuz balıq ovlayan şəxs saxlanılıb

ÖLKƏ

26 May 2023 | 10:14

1089 dəfə oxunub

Su Nəqliyyatında Polis İdarəsinin Neftçala Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanunsuz olaraq balıq ovu ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, polis və Şirvan Milli Parkının əməkdaşları tərəfindən Cənub-1 kollektorunun Salyan rayonu ərazisindən keçən hissəsində aparılan profilaktiki-nəzarət tədbirləri zamanı sintetik tordan istifadə etməklə balıq ovu ilə məşğul olan rayonun Şəkərli kənd sakini Məmməd Abbasov saxlanılıb.

Həmin şəxsdən bir ədəd taxta qayıq, uzunluğu 17 metrdən artıq olan sintetik tor və qanunsuz olaraq ovlanmış 31 ədəd balıq aşkarlanaraq maddi sübut kimi götürülüb.

Araşdırmalar zamanı saxlanılan şəxsin təbiətə 1023 manat miqdarında zərər vurması müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023