Psixiatr qaziləri dərman müalicəsindən çəkinməməyə çağırıb

ÖLKƏ

27 Iyul 2022 | 16:04

2737 dəfə oxunub

“Qazilərdə posttravmatik stress pozuntusu sağalan diaqnozdur”.

REYD xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, psixiatr Aydan Cabbarova "Postmüharibə dövründə reabilitasiya" mövzusunda danışarkən deyib.O bildirib ki, bununla belə, sağalan sözünün yanında mütləq şəkildə "vaxtında başlayan müalicə" ifadəsi də vurğulanmalıdır:

“Gecikdirilmiş müalicədən hansı nəticələrin alınacağı ilə bağlı heç bir həkim öncədən proqnoz verə bilməz. Çünki yanaşı travmalar, fərqli şəxsiyyət tipləri var. Müalicə gecikdirildikdə tamam başqa istiqamətdə problemlər ortaya çıxır. İlk növbədə həmin şəxslərə dərman müalicəsi lazımdır. Bir çoxları dərman müalicəsindən çəkinir. Qeyd edirlər ki, yuxu gətirir, asılılıq yaradır. Lakin bu, belə deyil. Vəziyyətə görə qiymətləndirmələr aparılır və yan təsirlərin olmamasına səy göstəririk. Qazilər hansı əlamətdən daha çox əziyyət çəkirsə, onu aradan qaldırmağa çalışırıq”.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023