Mingəçevirdə karantin qaydalarını pozan kafe aşkarlanıb

HADİSƏ

11 Sentyabr 2021 | 12:43

2482 dəfə oxunub

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qayda və tələblərə riayət edilməsi məqsədilə keçirilən nəzarət tədbirləri zamanı gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlanıb.

REYD-ə verilən məlumata görə, şəhərin 20 Yanvar küçəsində yerləşən kafenin gecə saat 00:00-dan sonra işlədiyi müəyyən edilib.Aşkar edilmiş qayda pozuntuları ilə əlaqədar orada olan 8 müştəri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə edilib, obyekt sahibi Ramil Aslanov barəsində toplanmış materiallar isə hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Qeyd edək ki, R.Aslanov əvvəllər də analoji qayda pozuntusuna yol verdiyi üçün onun barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023