“Lotu Quli"nin adından istifadə edib 12 milyonluq əmlak ələ keçirən şəxsə hökm oxunub

HADİSƏ

23 May 2022 | 13:46

2922 dəfə oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Vüsal Axundovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

REYD xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Vüsal Axundov 14 il azadlıqdan məhrum olunub.

Qeyd olunub ki, ittiham olunan şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Prokuror ona 16 il cəza istəmişdi.

İttihama görə, Vüsal Axundov sahibkar əmisi oğlu Emin Axundovun 12 milyon manatlıq pul və əmlakını ələ keçirib.

O, əmisi oğluna kriminal avtoritet "Lotu Quli"ləqəbi ilə tanınan Nadir Səlifovun adından istifadə edərək hədə-qorxu gəlib.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023