“Liv Bona Dea Hospital”a yeni baş direktor təyin olunub

ÖLKƏ

09 Avqust 2022 | 11:48

1158 dəfə oxunub

10 ildən çoxdur ki, fəaliyyət göstərən "Liv Hospital Ulus"un baş meneceri Taner Özbek Liv Bona Dea Hospitalın baş direktoru təyin olunub.

REYD xəbər verir ki, bu barədə hospitaldan bildirilib.

Qeyd edək ki, 29 iyun 2022-ci ildə Azərbaycanın Bona Dea Beynəlxalq Xəstəxanası ilə Türkiyənin tanınmış “LIV Medical Group” tibb şəbəkəsi arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bununla da "Liv Bona Dea" Türkiyənin ölkə xaricində ilk xəstəxanası olaraq Azərbaycanda fəaliyyətə başlayıb. Məqsəd iki ölkənin qabaqcıl tibb qurumları arasında qarşılıqlı əməkdaşlığın, birgə fəaliyyətin artırılması, habelə Türkiyənin səhiyyə sistemində tətbiq olunan ən yeni metodların, texnikanın Liv Bona Dea Hospital vasitəsilə Azərbaycanda da tətbiqini həyata keçirməkdir. 

Hospital tibb sahəsində dünyanın ən qabaqcıl keyfiyyət standartlarından biri olan Joint Commission International (JCI) Akkreditasiya sertifikatını yüz faizlik (100%) nəticə ilə əldə edərək Avropa standartlarına cavab verən tibbi xidmətlərə malik olduğunu sübut edib.



SON XƏBƏRLƏR

05 Oktyabr 2022
04 Oktyabr 2022
03 Oktyabr 2022