İstehlaka yararsız bir tondan çox manna yarması məhv edilib

ÖLKƏ

09 Iyun 2022 | 14:39

2799 dəfə oxunub

“AzerTürk-XXI.TTC.SAN” MMC-nin ümumi çəkisi 1087 kq “Tat” əmtəə nişanlı manna yarması məhsuluna qida təhlükəsizliyi sertifikatının alınması ilə bağlı Agentliyə müraciəti əsasında, idxal olunmuş məhsullardan götürülmüş nümunələrin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında aparılmış ekspertizası nəticəsində bağırsaq çöpü qrupu bakteriyalarının miqdarının normadan artıq olduğu müəyyən olunub.

Qida Təhlükısizliyi Agentliyindən verilən xəbərə görə, faktla bağlı Agentlik tərəfindən 20.03.2022-20.09.2023-ci il tarixli, 0322 nömrəli məhsul partiyasının zərərsizləşdirilməsi, məhv edilməsi, geri qaytarılması və ya utilizasiyası barədə qərar qəbul edilərək “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023