İnterpolun axtarışa verdiyi Azərbaycan vətəndaşı Moskvada saxlanıldı

ÖLKƏ

23 Mart 2023 | 16:14

361 dəfə oxunub

Moskvada İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb.

REYD “REN TV”yə istinadən xəbər verir ki, 36 yaşlı kişi martın 21-də yol polisi əməkdaşları tərəfindən Xovrino ərazisində saxlanılıb. 

Şübhəli şəxslə bağlı oriyentasiya Azərbaycan İnterpolundan, Bakıdan gəlib. Orada həmin şəxs əməliyyat-axtarış fəaliyyəti haqqında qanunu pozmaqda və külli miqdarda əmlakı ələ keçirmək məqsədilə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinir. 

Həmin şəxs barəsində həbs-qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin adı açıqlanmayıb.



SON XƏBƏRLƏR

31 May 2023
30 May 2023
29 May 2023
27 May 2023
26 May 2023