Göygöldə turizm zonalarını çirkləndirənlər cərimələnib

ÖLKƏ

26 Iyul 2022 | 10:34

2027 dəfə oxunub

Göygöl rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xüsusilə turizm zonalarının ərazilərində məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, keçirilən sonuncu belə monitorinq zamanı rayon ərazisində fəaliyyət göstərən 4 iaşə obyektinin ərazisində məişət tullantılarının qalaqlanması və təyin olunmayan yerdə toplanması faktları aşkar olunub.Ərazi təmizləndikdən sonra obyektlərin icarədarları ilə profilaktiki söhbət aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (İstehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması) maddəsi ilə protokol tərtib olunaraq məsuliyyətə cəlb olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.



SON XƏBƏRLƏR

30 Sentyabr 2023
29 Sentyabr 2023
28 Sentyabr 2023
27 Sentyabr 2023
26 Sentyabr 2023
25 Sentyabr 2023