Göyçay İcra Hakimiyyətinin sabiq vəzifəli şəxslərinin işi üzrə məhkəmə istintaqı bitib

ÖLKƏ

24 Yanvar 2023 | 15:14

340 dəfə oxunub

Göyçay Rayon İcra Hakimiyyəti (RİH) başçısının şəhər inzibati ərazi dairəsi üzrə sabiq nümayəndəsi Rəşad Şükürov və sabiq icra başçısının köməkçisi Vahid İsayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

REYD-in əldə etdiyi xəbərə görə, Şəki Ağır Cinayətlər Məhkəməsində hakimlər Bilal Məmmədov və Nahid Mirzəyevin sədrliyi ilə keçirilən proseslərdə son olaraq sənədlərin tədqiqi mərhələsi aparılıb.

Bununla da məhkəmə istintaqının başa çatdığı elan olunub.

Dövlət ittihamçıları çıxış üçün vaxt istəyib.

Növbəti proseslər fevralın 6-a təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunublar.

Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 311.3.4 (rüşvət alma hədə-qorxu tətbiq olunmaqla törədildikdə), 312 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham olunan sabiq vəzifəli şəxslər sonradan ev dustaqlığına buraxılıblar.

Hazırda onların işi ayrı-ayrılıqda araşdırılır.



SON XƏBƏRLƏR

25 Mart 2023
24 Mart 2023
23 Mart 2023
22 Mart 2023
21 Mart 2023