Goranboyda qadını avtomobil vuraraq öldürüb

HADİSƏ

12 Yanvar 2022 | 17:30

3029 dəfə oxunub

Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

REYD-in məlumatına görə, hadisə rayonun Dəliməmmədli şəhəri ərazisində qeydə alınıb.

Rayon sakini A.Şükürov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Gəncə şəhər sakini Ramidə Bayramovanı vurub.

Ağır xəsarətlər alan piyada yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023