Cinayət törətməkdə şübhəli bilinən daha 57 nəfər saxlanılıb

HADİSƏ

18 Yanvar 2022 | 10:22

2641 dəfə oxunub

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 59 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən  verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 78 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 66 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 12 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023