Bu il icbari tibbi sığorta üzrə 100 qaraciyər, 150 böyrək köçürülməsi nəzərdə tutulur

ÖLKƏ

06 Iyun 2022 | 14:22

2778 dəfə oxunub

“Bu il icbari tibbi sığorta çərçivəsində 100 qaraciyər, 150 böyrək köçürülməsi nəzərdə tutulur”.

REYD xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.Zaur Əliyev bildirib ki, bu saylar Agentliyin büdcəsinə və mövcud texniki imkanlara uyğun müəyyən edilib: “Bu məsələdə tibb müəssisələrinin potensialı da nəzərə alınır. Hazırda işlər gedir, yeni briqadalar yaradılır, digər klinikalar bu istiqamətdə iş aparır. Hesab edirəm ki, gələcəkdə biz bu sayı artıra bilərik”.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023