Bakıda mənzildən 3 min manatlıq oğurluq olub

ÖLKƏ

26 Noyabr 2022 | 14:35

1650 dəfə oxunub

Bakıda mənzildən oğurluq olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən REYD-ə verilən xəbərə görə, paytaxtın Binə qəsəbəsindəki evlərin birindən 3000 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Xəzər RPİ-nin 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu oğurluq əməlində şübhəli bilinən qəsəbə sakini Azər Rəhimov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023