Bakıda elektrovoz velosipedçini vuraraq öldürüb

HADİSƏ

23 Sentyabr 2021 | 13:37

2045 dəfə oxunub

Bakıda elektrovoz velosipedçini vuraraq öldürüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 22-i saat 20 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisindəki qorunan keçiddə Biləcəri lokomotiv deposuna məxsus elektrovoz velosiped sürən Cəlilabad rayon sakini Hüseyn Quluzadəni vurub və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qaradağ Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023