Bakıda 550 küçə dezinfeksiya edilib-FOTO

Gündəm

11 Sentyabr 2021 | 17:58

2314 dəfə oxunub

Sentyabr ayının 11-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən həyata keçirilən əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı paytaxtda 550 küçə dezinfeksiya olunub.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcək

Vətəndaşlarımızdan bir daha xahiş edirik ki, pandemiyadan xilas olunmaq üçün ilk növbədə vaksinasiya olunsunlar, özlərinin, yaxınlarının, ətraflarındakı insanların qorunması, xəstəliyin daha çox yayılmasına imkan verilməməsi üçün tibbi-profilaktiki qaydalara ciddi riayət etsinlər.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023