Bakı-Quba yolundakı qəzada iki nəfər ölüb, 4 nəfər xəsarət alıb

HADİSƏ

15 Iyun 2022 | 10:07

2456 dəfə oxunub

Bakı-Quba yolunda iki maşın toqquşub.

REYD-in verdiyi məlumata görə, hadisə magistralın 78-ci km-də, Siyəzən rayonu ərazisində qeydə alınıb. “Nissan” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər dünyasını dəyişib. Onlar 1988-ci il təvəllüdlü Xalidə Xəlilzadə və 19 yaşlı Gülbəniz Qaçıyevadır. Qəza zamanı 4 nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023