Bağçada videonu çəkən şəxsin qovulmasına dair iddialara aydınlıq gətirilib

Gündəm

14 Yanvar 2022 | 15:52

3272 dəfə oxunub

İsmayıllıda Aşağıbağ 1 saylı uşaq bağçasındakı görüntünü yayan şəxsin təhdid edildiyi barədə məlumat yayılıb. İddia edilib ki, şiddətə məruz qalan uşağın atası görüntünü ictimailəşdirən şəxsin təhsil aldığı kollecin direktor müavinidir.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən bildirilib ki, yayılan məlumat yalan və dezinformasiyadır.

“Tələbəni kimsə xoşu gəlmədiyinə görə qova bilməz”, - Nazirlikdən bildirilib.

Qeyd edək ki, yayılan görüntünün bağçada iş stajında olan tələbə tərəfindən çəkdiyi bildirilir.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023