Azərbaycanda üç oğlan 16 yaşlı qızı oğurladı

HADİSƏ

11 Sentyabr 2021 | 11:55

2450 dəfə oxunub

İmişli rayonunda adam oğurlanması hadisəsi baş verib.

REYD-in məlumatına görə, rayonda 20 yaşlı S. Qurbanov, 31 yaşlı Z. Ağayev və 30 yaşlı B. Ağayev rayon sakini 16 yaşlı T. M.-i yaşadığı evdən zorla oğurlayaraq aparıblar.

İlkin məlumata görə, yeniyetməni qaçıranlardan birinin onunla ailə qurmaq məqsədi olub.

Hüquq-mühafizə orqanları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində yeniyətmə tapılaraq ailəsinə qaytarılıb. Onu qaçıran şəxslər isə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.  



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023