Azərbaycan meymunçiçəyinin diaqnostikasının aparılması üçün ÜST-ə müraciət edib

ÖLKƏ

20 Iyun 2022 | 13:32

2836 dəfə oxunub

"Qısa zamanda Azərbaycana meymunçiçəyi virusunu müəyyən edən testlər gətiriləcək".

REYD xəbər verir ki, bunu ÜST-nin Azərbaycandakı Nümayəndəsi Hande Harmancı jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, meymunçiçəyi virusu dünyada var:

"Bu virus daha çox Afrikada müşahidə edilir. Hazırda Avropada da müşahidə olunur, lakin COVID-19 qədər narahatedici səviyyədə deyil. Fərqli formada yoluxduğu üçün yayılması o qədər də sürətli deyil. Narahatlığa əsas yoxdur, amma bütün xəstəliklər kimi meymunçiçəyi də nəzarət altında saxlanılmalıdır. Xəstəliyin diaqnostikasının aparılması ilə əlaqədar olaraq Azərbaycan hökuməti ÜST-yə müraciət edib. Çox qısa zaman ərzində Azərbaycana meymunçiçəyi testləri gətiriləcək".

Hande Harmancı testlərin sayının minlərlə olacağını qeyd edib. O əlavə edib ki, meymunçiçəyi virusunu aşkarlamaq üçün bir neçə test növü var:

"Hazırda hansı növ testin Azerbaycana gətirilməsi Səhiyyə Nazirliyi və TƏBİB-lə müzakirə olunur. Xatırlatmaq istəyirəm ki, hazırda Azərbaycanda meymunçiçəyi virusu ilə bağlı heç bir təhlükə yoxdur".



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023