Avtomobilin yük yerindən at əti aşkarlandı

HADİSƏ

22 Sentyabr 2021 | 13:29

2261 dəfə oxunub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları birgə reyd keçirib.

REYD-ə verilən məlumata görə, Ağdaş rayonu ərazisində İsmayıllı şəhəri, Babadağ küçəsi, ev 2 ünvanında yaşayan vətəndaş Süleymanov Vüqar Hafiz oğluna məxsus VAZ 2107 markalı, 31-BE-575 dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirilib.

Baxış zamanı avtomobilin yük yerində baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçməyən, kəskin qoxuya malik, orqanoleptik göstəricilərinə görə texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən 120 kq təkdırnaqlı heyvana məxsus ət aşkarlanıb.

Müayinələrin aparılması üçün ətdən götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.

Eyni zamanda, insan istehlakı üçün yararsız at əti müsadirə olunaraq saxlanca qoyulub.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023