Ali Məhkəmə Ramiz Tatarovun cəzasını azaldıb

ÖLKƏ

05 Oktyabr 2022 | 16:32

1240 dəfə oxunub

Ağstafanın həbsdə vəfat etmiş sabiq icra başçısı Nizaməddin Quliyevlə birgə həbs olunmuş müavini Ramiz Tatarovla bağlı qərardan verilmiş kassasiya şikayətinə baxılıb.

REYD-in xəbərinə görə, Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrlik etdiyi məhkəmə heyəti təyin olunmuş cəzanı ağır hesab edərək şikayəti qismən təmin edib.Qərara əsasən, Ramiz Tatarovun cəzası azaldılaraq 6 ilə endirilib.

Qeyd edək ki, Ramiz Tatarov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay azadlıqdan məhrum edilmişdi. Apellyasiya Məhkəməsi isə həbs müddətini 3 ay azaltmışdı.



SON XƏBƏRLƏR

30 Sentyabr 2023
29 Sentyabr 2023
28 Sentyabr 2023
27 Sentyabr 2023
26 Sentyabr 2023
25 Sentyabr 2023