• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Azərbaycanda ürək və qan-damar xəstəlikləri üzrə ölüm sayında artım müşahidə olunur

Ölkə

3-03-2023, 11:30
Azərbaycanda ürək və qan-damar xəstəlikləri üzrə ölüm sayında artım müşahidə olunur

"Ürək və qan-damar xəstəlikləri üzrə ölüm sayında artım müşahidə olunur".

Liderxəbər xəbər verir ki, bu barədə Bakı Baş Səhiyyə Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, ölümlə nəticələnən xəstəliklər içərisində ürək və qan-damar xəstəlikləri üstünlük təşkil edir.

Mərkəzinin hesabatına görə, təkcə yanvar ayı ərzində 901 ölüm hadisəsindən 613-ü ürək və qan-damar xəstəlikləri səbəbindən baş verib. Bu isə ümumi ölüm hadisələrinin 68%-nə bərabərdir. Mərkəz bu cür həyati risklərdən qorunmaq üçün vətəndaşları ilkin səhiyyə xidmətlərindən vaxtında yararlanmağa, tibbi müayinələrdən keçməyə çağırır.

Statistikaya görə, dünyada və o cümlədən Azərbaycanda ölüm hallarına görə ürəyin işemik xəstəlikləri (tromb, infarkt, stenokardiya və s.) birinci yerdədir. Bunun başlıca səbəblərindən biri insanların vaxtlı-vaxtında həkim müayinələrindən, tibbi yoxlanışlardan keçməməsi göstərilir.

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Mərkəzin 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Ramella Quliyevanın sözlərinə görə, ilkin səhiyyə xidməti üzrə aparılan araşdırmalar göstərir ki, ürək və qan-damar xəstəlikləri səbəbi ilə dünyasını dəyişənlərin böyük əksəriyyəti uzun müddət ürəyində yaranmış problemdən xəbərsiz olur və ölüm hadisəsi baş verdikdə digər insanlar bunu “vaxtsız gələn ölüm” hesab edir:

“Bəzən ürəklə bağlı ölümləri insanlar “vaxtsız gələn ölüm” hesab edirlər. Əslində bu belə deyil. Bu xəstəliklərdə erkən diaqnoz önəmlidir. İnsanların çoxu buna o qədər də əhəmiyyət vermir. Vaxtında profilaktik müayinələrdən keçmir, ilkin tibbi xidmətlərdən müntəzəm yararlanmır. Halbuki erkən diaqnozun qoyulması onları həyati təhlükələrdən xilas edə bilər. Biz, ilkin səhiyyə xidməti müəssisələri olaraq, vətəndaşlarımızı zamanında tibbi müayinələrdən keçməyə çağırırıq”.

Məlumatda qeyd edilib ki, ilkin səhiyyə xidməti müəssisələri ürək xəstəliklərinə erkən diaqnozun qoyulmasında və erkən müalicəyə başlanılmasında böyük rola malikdir. Ürək nahiyəsində küt ağrılar, sinədə göynəmə, təngnəfəslik, tez yorulma halları müşahidə edilərsə, dərhal ailə (sahə) həkimlərinə müraciət edilməlidir:

"Ailə (sahə) həkimləri onları müvafiq tibbi müayinələrdə keçirir, lazım olduğu təqdirdə həkim-kardiolaqa, müvafiq qan analizlərinə yönləndirir. Xəstələrin müvafiq olaraq elektrokardioqramma və exokardioqrafiya müayinələrindən keçirilməsi onlarda sonradan ağır fəsadlara səbəb ola biləcək ürək-damar xəstəliklərinin aşkarlanmasına səbəb olur. Çox yaxşı olardı ki, ürəkdə müəyyən ağrılar baş verməsə belə insanlar hər ehtimala qarşı 6 aydan bir və ya ildə bir dəfə profilaktik müayinələrdən, ümumi yoxlanışlardan keçsin".

Mərkəzdən bildirilib ki, ürəyin işemik xəstəliklərində irsi, yaş faktorlarının da rolu var: "Xüsusilə yaxın ailə üzvlərini bu xəstəliklər səbəbindən itirən insanların tibbi müayinələrə daha həssas yanaşmaları, ailə həkimləri ilə sıx əlaqə yaratmaları önəmlidir. O cümlədən, piylənmədən əziyyət çəkənlər, şəkərli diabet xəstələri, zərərli vərdişləri olan şəxslər, yaşlı insanlar, qanı tez laxtalanan, xolesterini yuxarı olan insanlar da əsas risk qrup hesab edilir".

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

3-03-2023, 11:19

Uşaqlardakı eşitmə probleminin səbəbləri açıqlanıb

İqtisadiyyat

1-02-2023, 11:21

Azərbaycan Mərkəzi Bankı bu il ilk dəfə uçot dərəcəsini artırıb

İqtisadiyyat

27-02-2023, 10:00

Azərbaycanda könüllü tibbi sığorta üzrə ödənişlərin həcmi 75% artıb

Ölkə

2-03-2023, 10:13

TƏBİB Hacı Şahinin ölüm səbəbini açıqlayıb

Ölkə

20-01-2023, 07:14

Qanlı 20 Yanvar faciəsindən 33 il ötür

Ölkə
Xankəndidə restoranda dava-dalaş - 2 gənc həbs edildi
Xankəndidə restoranda dava-dalaş - 2 gənc həbs edildi
4 minədək uşağa sosial xidmət və reabilitasiya dəstəyi göstərilir - Fotolar
4 minədək uşağa sosial xidmət və reabilitasiya dəstəyi göstərilir - Fotolar
Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu
Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu
Sabah leysan olacaq
Sabah leysan olacaq
Siyasət
“Okampo Azərbaycana qarşı davamlı ittiham kampaniyası aparıb”
Bu gün, 16:42
“Okampo Azərbaycana qarşı davamlı ittiham kampaniyası aparıb”
Gürcüstandakı azərbaycandilli məktəblər üçün təlim proqramı hazırlandı
Dünən, 17:25
Gürcüstandakı azərbaycandilli məktəblər üçün təlim proqramı hazırlandı
Onlar general-leytenant oldu - Sərəncam
Dünən, 12:15
Onlar general-leytenant oldu - Sərəncam
Prezidentdən sülh gündəliyi ilə bağlı AÇIQLAMA
13-08-2026, 13:08
Prezidentdən sülh gündəliyi ilə bağlı AÇIQLAMA
Azərbaycan Prezidenti: Biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik
12-08-2026, 08:00
Azərbaycan Prezidenti: Biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik
Daha üç ölkədəki səfirlərimiz geri çağırıldı - SƏRƏNCAM
10-08-2026, 14:07
Daha üç ölkədəki səfirlərimiz geri çağırıldı - SƏRƏNCAM
Xəbər Lenti
  • Dünən, 17:43
    Hörmüzü “ABŞ-nin yeni ərazisi” kimi təqdim etdi - İranın cavabı gecikmədi
  • Dünən, 17:04
    ABŞ Konqresində süni intellekt böhranı: Nümayəndələr Palatası çətin vəziyyətdə qalıb
  • Dünən, 16:42
    “Okampo Azərbaycana qarşı davamlı ittiham kampaniyası aparıb”
  • Dünən, 16:38
    Xankəndidə restoranda dava-dalaş - 2 gənc həbs edildi
  • Dünən, 14:53
    4 minədək uşağa sosial xidmət və reabilitasiya dəstəyi göstərilir - Fotolar
  • Dünən, 14:33
    İmran Xan həbsxanadan xəstəxanaya köçürülür
  • Dünən, 13:35
    Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu
  • Dünən, 12:27
    İsrail Suriyanın şimalında hərbi hava limanını vurub
  • Dünən, 12:19
    Sabah leysan olacaq
  • Dünən, 11:50
    İndoneziyada növbəti güclü zəlzələ oldu
  • Dünən, 11:24
    Xanım boksçumuz AÇ-nin yarımfinalında
  • Dünən, 10:03
    Çinli cərrahlar möcüzəyə imza atdılar: Tamamilə qopmuş hər iki ayaq bərpa edildi
  • Dünən, 09:18
    Zəlzələdən bir həftə sonra səma qırmızıya boyandı
  • Dünən, 09:10
    Yeddinci sinif şagirdi Filippindəki məktəbdə atəş açdı: Ölənlər var
  • Dünən, 09:00
    Səhər saatlarında Tovuzda dəhşətli hadisə: Su kanalında iki meyit tapıldı
  • Dünən, 08:52
    Diplomatiya dalana dirənsə - İran hücuma keçəcək
  • Dünən, 17:56
    12 yaşlı uşaq kanalda batdı
  • Dünən, 17:25
    Gürcüstandakı azərbaycandilli məktəblər üçün təlim proqramı hazırlandı
  • Dünən, 16:46
    Millimizin iki futbolçusu “Beşiktaş”la, biri “Fənərbaxça” ilə müqavilə imzaladı
  • Dünən, 16:08
    İranla ABŞ arasında həmin sənədin müddəti başa çatdı
  • Dünən, 14:31
    Bakıda bu meydana Taras Şevçenkonun adı verildi
  • Dünən, 13:04
    Sabah 36° isti olacaq
  • Dünən, 12:34
    DSX-nin şəhid hərbçiləri təltif olundu - Siyahı
  • Dünən, 12:15
    Onlar general-leytenant oldu - Sərəncam
  • Dünən, 10:32
    Dairəvi yolda yük maşını aşdı - Tıxac yarandı - Foto
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə