• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

“Gələn il sosialyönümlü xərclərdə növbəti artımlar olacaq”

İqtisadiyyat

Bu gün, 17:38
“Gələn il sosialyönümlü xərclərdə növbəti artımlar olacaq”

“Dövlət və icmal büdcələri gələn il də sosialyönümlü olacaq, əhalinin sosial müdafiəsi və məşğulluq imkanlarının daha da gücləndirilməsi üçün ciddi maliyyə təminatı yaradacaq”​.

Liderxeber.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bu günkü plenar iclasında sosial sahə ilə bağlı gələn ilin büdcə layihələri barədə məlumat verərkən bildirib.

O, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində vətəndaş rifahının təminatı sahəsində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirildiyini vurğulayıb. Dövlətimizin başçısı tərəfindən verilmiş tapşırığa uyğun olaraq, sayca 6-cı sosial islahat paketi ilə bağlı 2027-ci ilin dövlət və icmal büdcəsində müvafiq maliyyə təminatı yaradıldığını qeyd edib.

Nazir 2027-ci ilin dövlət büdcəsində sosial xərclərin 222,7 milyon manat və ya 1,7 faiz çox olmaqla 13 milyard manat, sosialyönümlü xərclərin 1,6 milyard manat və ya 9,2 faiz çox olmaqla 18,7 milyard manat nəzərdə tutulduğunu qeyd edib. Bildirib ki, sosialyönümlü xərclərin növbəti ilin dövlət büdcəsindəki çəkisinin cari illə müqayisədə 3,1 faiz artaraq 44,2 faiz, ÜDM-də payının isə 1 faizə yaxın artaraq 13,3 faiz təşkil edəcəyi proqnoz edilir.

Anar Əliyev  Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2027-ci il üçün gəlirlərinin 2026-cı il üzrə təsdiq olunmuş gəlirlərdən 897,4 milyon manat və ya 10,8 faiz çox olmaqla 9 milyard 221 milyon manat, 2027-ci il üzrə xərclərinin isə 2026-cı il üzrə təsdiq olunmuş xərclərindən 789,5 milyon manat və ya 9,3 faiz çox olmaqla 9 milyard 273 milyon manat olmasının proqnozlaşdırıldığını qeyd edib.

O, DSMF-nin gələn il üzrə  xərclərinin 96,5 faizinin və ya 8 milyard 950 milyon manatının əhaliyə ödənişlərin payına düşəcəyini, bu göstəricinin 2025-ci illə müqayisədə 1,7 milyard manat, 2026-cı illə müqayisədə isə 753,6 milyon manat çox olduğunu vurğulayıb. Bildirib ki, hazırkı proqnoz göstəricilərinə əsasən 2027-ci ildə pensiyaların təqribən 7,5 faiz səviyyəsində indeksləşdirilməsi, bu məqsədlə 575,5 milyon manat vəsaitin ayrılması proqnoz edilir.

Nazir sosial müdafiə sahəsində aparılan islahatlar çərçivəsində əhaliyə göstərilən xidmətlərin rəqəmsallaşdırılması və vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində görülən işləri vurğulayıb. Bu işlərin nəticəsi olaraq cari ilin iyun ayında DSMF-nin “Hamı üçün inklüziv və ədalətli sosial təminat xidmətləri” təşəbbüsü nominasiyası üzrə BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görüldüyünü, həmin mükafatın dövlət xidmətləri sahəsində beynəlxalq səviyyədə qəbul olunan ən nüfuzlu mükafat olduğunu  diqqətə çatdırıb.

Anar Əliyev həmçinin 2027-ci ildə işsizlikdən sığorta fondunun gəlirlərinin 2026-cı ilin təsdiqlənmiş göstəricisindən 30,6 milyon manat və ya 12,8 faiz çox olmaqla 268,9 milyon manat, fondun xərclərinin isə cari ilin təsdiqlənmiş göstəricisindən 52,8 milyon manat və ya 19,8 faiz çox olmaqla 319,2 milyon manat həcmində olmasının proqnoz edildiyini bildirib. Qeyd edib ki, gələn il işsizlikdən sığorta fondunun vəsaiti hesabına 444 min şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması gözlənilir.

Nazir icbari tibbi sığorta fondunun 2027-ci il üçün gəlirlərinin 2026-cı il üzrə təsdiq olunmuş gəlirlərdən 281,2 milyon manat və ya 14,2 faiz çox olmaqla  2 milyard 257 milyon manat, fondun gələn ilki xərclərinin isə cari ilin təsdiqlənmiş göstəricisindən 358,7 milyon manat və ya 13,7 faiz çox olmaqla 2 milyard 980 milyon manat həcmində proqnoz edildiyini bildirib.

O diqqətə çatdırıb ki, icbari tibbi sığorta sisteminin tam rəqəmsallaşdırılması, sığortaolunanların vahid elektron reyestrinin yaradılması, tibbi-ekspertiza prosesinin avtomatlaşdırılması, icbari tibbi sığorta sisteminin maliyyələşmə mexanizminin daha da gücləndirilməsi və keyfiyyətə əsaslanan tibbi xidmətlərin maliyyələşmə modelinin qurulması qarşımızda duran əsas vəzifələrdəndir.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

26-01-2024, 17:32

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib - FOTO

Siyasət

15-10-2026, 14:57

Bakıda MDB dövlətlərinin Məşvərət Şurasının 39-cu iclası keçirildi - Fotolar

Ölkə

23-10-2026, 14:30

Əmək münasibətlərində şikayətlər, hüquqi problemlər və münaqişələrin həlli: 

İqtisadiyyat

5-11-2026, 14:08

“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”

Ölkə
Saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Məzuniyyətlə bağlı yeni qaydalar
Məzuniyyətlə bağlı yeni qaydalar
Nazirlikdə bu qayda dəyişdi - Anar Bayramov rayonlara gedir
Nazirlikdə bu qayda dəyişdi - Anar Bayramov rayonlara gedir
DİA ilə bağlı iddialara - Rəsmi cavab
DİA ilə bağlı iddialara - Rəsmi cavab
Siyasət
Hərbi qulluqçulara ali hərbi rütbələr təqdim edildi - Fotolar
Bu gün, 10:12
Hərbi qulluqçulara ali hərbi rütbələr təqdim edildi - Fotolar
Dövlət qulluqçuları bu halda pedaqoji fəaliyyətlə məşğul ola biləcək
Dünən, 12:28
Dövlət qulluqçuları bu halda pedaqoji fəaliyyətlə məşğul ola biləcək
Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü
11-11-2026, 13:30
Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü
Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
11-11-2026, 12:14
Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
10-11-2026, 09:54
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
Bu gün Azərbaycanda Zəfər Günüdür
8-11-2026, 01:54
Bu gün Azərbaycanda Zəfər Günüdür
Xəbər Lenti
  • Bu gün, 17:38
    “Gələn il sosialyönümlü xərclərdə növbəti artımlar olacaq”
  • Bu gün, 17:07
    Azərbaycan millisi nəhayət ki, xal qazandı
  • Bu gün, 16:53
    Saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
  • Bu gün, 16:45
    Məzuniyyətlə bağlı yeni qaydalar
  • Bu gün, 15:49
    Azərbaycanı dünya çempionatında bu şahmatçılar təmsil edəcək
  • Bu gün, 14:37
    Millimiz İraqla qarşılaşır
  • Bu gün, 13:48
    Nazirlikdə bu qayda dəyişdi - Anar Bayramov rayonlara gedir
  • Bu gün, 13:19
    “Kəpəz” – “Qarabağ” matçına 1 gün ərzində rekord sayda bilet satıldı
  • Bu gün, 13:01
    DİA ilə bağlı iddialara - Rəsmi cavab
  • Bu gün, 12:00
    Gələn ildən gəlir vergisi bu qədər olacaq
  • Bu gün, 11:43
    Dərsliklərin ictimai müzakirəsi ilə bağlı - Açıqlama
  • Bu gün, 11:18
    Azərbaycanın bu təşəbbüsü COP31-də yüksək qiymətləndirildi - Fotolar
  • Bu gün, 11:12
    İcbari sığorta müqavilələri üzrə bildirişlər artıq “mygov” vasitəsilə də təqdim olunur
  • Bu gün, 10:12
    Hərbi qulluqçulara ali hərbi rütbələr təqdim edildi - Fotolar
  • Bu gün, 10:00
    Bakıda müşavirələr keçirildi - Qarlı havalara hazırlıq tədbirləri müzakirə olundu
  • Bu gün, 09:25
    Məhkəmə sədri ağır cinayət ittihamına - Bəraət verdi
  • Bu gün, 09:05
    Monqolustan Prezidenti istefa verdi
  • Bu gün, 08:37
    Yeni filmi ilə zirvəyə qayıtdı
  • Dünən, 17:45
    Gələn ildən bank əmanətləri vergiyə cəlb ediləcək
  • Dünən, 17:31
    İki ölkədə “Telegram” bloklandı
  • Dünən, 17:02
    Yük gəmisində partlayış - Göyərtəsində Azərbaycan vətəndaşları da olub
  • Dünən, 16:56
    Ölkəmizdə ilk dəfə Milli Məşğulluq Forumu keçirilir - Fotolar
  • Dünən, 16:48
    Küləklə bağlı - Xəbərdarlıq
  • Dünən, 16:01
    Prezidentdən Xəzər dənizi ilə bağlı - Fərman
  • Dünən, 15:30
    Bakıda təcili yardım maşınında yük daşınır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə