• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Prezidentdən Xəzər dənizi ilə bağlı - Fərman

Ölkə

Bu gün, 16:01
Prezidentdən Xəzər dənizi ilə bağlı - Fərman

Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb.

Liderxeber.az xəbər verir ki, Fərmana əsasən, Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsinin sahilboyu ərazisində (adalar, məskunlaşdırılmış və məskunlaşdırılması nəzərdə tutulan, sənaye, energetika, liman, müdafiə və sərhəd mühafizəsi məqsədləri üçün istifadə olunan, eləcə də normativ hüquqi aktlarla müəyyən edilmiş digər xüsusi statuslu ərazilər istisna olmaqla) (bundan sonra – sahilboyu ərazi) torpaqların idarə olunması, istifadəsi və onların mühafizəsinin təşkili sahələrində vahid dövlət siyasətinin həyata keçirilməsi, habelə fəaliyyət istiqamətlərinə uyğun olaraq sahilboyu ərazidə idarəetmə və nəzarət sahələrində iştirak edən dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra – Xidmət) həvalə edilib.

Sahilboyu ərazidə idarəetmənin təşkili məqsədilə Xidmətin işçilərinin say həddi 40 (qırx) ştat vahidi artırılıb.

Nazirlər Kabineti altı ay müddətində İqtisadiyyat Nazirliyinin təklifləri əsasında və beynəlxalq təcrübə nəzərə alınmaqla, aşağıdakılara dair təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməli, sahilboyu ərazinin xüsusi statusa malik ərazi kimi müəyyən edilməsi, onun zonalaşdırılması və hüquqi rejiminin müəyyən edilməsi, sahilboyu ərazidə ətraf mühitin mühafizəsi, iqtisadi sahələrin inkişafı, turizm, rekreasiya və digər fəaliyyət sahələrində dövlət orqanlarının (qurumlarının) idarəetmə və nəzarət funksiyalarının icrasında vahid yanaşmanın və koordinasiyalı idarəetmənin təşkili məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsinə, torpaqların dövlət idarəetməsinin, onların istifadəsinə və mühafizəsinə dövlət nəzarətinin təkmilləşdirilməsi, qanunsuz zəbt hallarının qarşısının alınması, inzibati və cinayət məsuliyyəti tədbirlərinin gücləndirilməsi ilə bağlı normativ hüquqi aktların layihələrinə, Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsinin su səthinin quru ilə təmas xəttinin mövcud vəziyyəti, sahilboyu ərazinin sərhədlərini və ölçülərini, həmçinin sahilboyu ərazinin kağız üzərində və rəqəmsal formada qrafik təsvirini altı ay müddətində Azərbaycan Prezidenti ilə razılaşdırmaqla təsdiq etməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

İqtisadiyyat Nazirliyi “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Qanununun tələbləri nəzərə alınmaqla, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə bu Fərmanın 1-ci hissəsi nəzərə alınmaqla Coğrafi İnformasiya Sistemləri (CİS) əsaslı aktual xəritələrin və məlumatların saxlanılmasını, habelə bu sahədə idarəetməni təmin edən informasiya sisteminin yaradılmasına dair təkliflərini altı ay müddətində Azərbaycan Prezidentinə təqdim etməli, sahilboyu ərazidə torpaqların dövlət idarəetməsinin, o cümlədən istifadəyə (icarəyə) verilməsinin Xidmət tərəfindən “bir pəncərə” prinsipi əsasında Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçirilməsi ilə bağlı müvafiq tədbirlər görməli, aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə sahilboyu ərazidə idarəetmə və nəzarət sahələrində görülmüş işlər barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verməli, bu Fərmanın icrasından irəli gələn tədbirlərin (müşahidə sistemləri, yerlərdə monitorinqlərin keçirilməsi, söküntü, abadlıq və sanitar təmizlik işləri) həyata keçirilməsi, Xidmətin maddi-texniki təminatının möhkəmləndirilməsi məqsədilə zəruri maliyyə vəsaitinin ayrılmasına dair təkliflərini Maliyyə Nazirliyinə təqdim etməlidir.

Maliyyə Nazirliyi bu Fərmanın icrasından irəli gələn məsələlərin dövlət büdcəsindən maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görməlidir.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Siyasət

30-09-2026, 12:30

Həmin qanun layihəsi müzakirəyə çıxarıldı

Ölkə

26-01-2024, 17:32

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib - FOTO

Ölkə

24-04-2024, 17:46

Korrupsiyaya qarşı sistemli mübarizə aparılır

Ölkə

14-01-2026, 16:07

“Bu il 4 bakalavr tələbəmiz TAU-da işlə təmin olunub”

Ölkə
Ölkəmizdə ilk dəfə Milli Məşğulluq Forumu keçirilir - Fotolar
Ölkəmizdə ilk dəfə Milli Məşğulluq Forumu keçirilir - Fotolar
Küləklə bağlı - Xəbərdarlıq
Küləklə bağlı - Xəbərdarlıq
Prezidentdən Xəzər dənizi ilə bağlı - Fərman
Prezidentdən Xəzər dənizi ilə bağlı - Fərman
Bakıda təcili yardım maşınında yük daşınır
Bakıda təcili yardım maşınında yük daşınır
Siyasət
Dövlət qulluqçuları bu halda pedaqoji fəaliyyətlə məşğul ola biləcək
Bu gün, 12:28
Dövlət qulluqçuları bu halda pedaqoji fəaliyyətlə məşğul ola biləcək
Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü
11-11-2026, 13:30
Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü
Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
11-11-2026, 12:14
Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
10-11-2026, 09:54
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
Bu gün Azərbaycanda Zəfər Günüdür
8-11-2026, 01:54
Bu gün Azərbaycanda Zəfər Günüdür
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
7-11-2026, 14:18
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
Xəbər Lenti
  • Bu gün, 16:56
    Ölkəmizdə ilk dəfə Milli Məşğulluq Forumu keçirilir - Fotolar
  • Bu gün, 16:48
    Küləklə bağlı - Xəbərdarlıq
  • Bu gün, 16:01
    Prezidentdən Xəzər dənizi ilə bağlı - Fərman
  • Bu gün, 15:30
    Bakıda təcili yardım maşınında yük daşınır
  • Bu gün, 14:40
    Daha bir ulduz futbolçu milli karyerasını bitirdi
  • Bu gün, 14:15
    AzTU Çin universiteti ilə əməkdaşlığı genişləndirir
  • Bu gün, 13:59
    Bu sahədə fəaliyyət tam rəqəmsallaşdırılır
  • Bu gün, 13:51
    Həmin avtobusun yolu dəyişdirildi
  • Bu gün, 13:03
    10° şaxta olacaq
  • Bu gün, 12:28
    Dövlət qulluqçuları bu halda pedaqoji fəaliyyətlə məşğul ola biləcək
  • Bu gün, 12:11
    Trampla Netanyahunun sosial şəbəkə hesablarına kiberhücum olub - Fotolar
  • Bu gün, 12:01
    Füzulidə faciəvi qəzada həlak olan müəllim və iki şagirdin üç mərasimi keçirilib
  • Bu gün, 10:17
    AZAL İstanbulun yalnız bu aeroportuna uçacaq - Rəsmi
  • Bu gün, 09:42
    Almaniya Niderlanda, Yunanıstan Serbiyaya qarşı
  • Bu gün, 09:21
    Bakıda külək hasarı aşırdı - Qadın daşların altında qalıb öldü
  • Bu gün, 09:00
    Məktəblərdə payız tətili başladı
  • Bu gün, 08:49
    Ağac aşdı, evin giriş-çıxışı bağlandı - Xilas anları-Video
  • 14-11-2026, 13:43
    İtaliyada 3 gündür davam edən fırtına həyatı iflic etdi -
  • 14-11-2026, 12:48
    Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
  • 14-11-2026, 11:21
    Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
  • 14-11-2026, 10:21
    Rusiya NATO-dan nə istəyir? - Qafqaz da Moskvanın tələbləri arasındadır
  • 14-11-2026, 10:11
    Nəyi xatırlayacağımıza beynimiz necə qərar verir?
  • 14-11-2026, 10:05
    Azərbaycanda bu il 116 uşaq övladlığa verilib
  • 14-11-2026, 10:03
    Sənədsiz evlərə qaz, su, işıq bu hallarda çəkilə bilər
  • 14-11-2026, 10:02
    Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə