• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Ölkəmizdə ilk dəfə Milli Məşğulluq Forumu keçirilir - Fotolar

Ölkə

Bu gün, 16:56
Ölkəmizdə ilk dəfə Milli Məşğulluq Forumu keçirilir - Fotolar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə Milli Məşğulluq Forumu keçirilir.

Liderxeber.az xəbər verir ki, “Gülüstan” sarayında təşkil olunan və iki gün davam edəcək tədbirin açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, digər dövlət qurumlarının rəsmiləri, millət vəkilləri, peşə və ali təhsil müəssisələrinin, Nazirlik yanında İctimai şuranın üzvləri, işəgötürənlər, xarici ekspertlər, təhsil mütəxəssisləri, məzunlar, həssas qruplarla iş üzrə mütəxəssislər iştirak edirlər.

“Gələcəyin əmək bazarı - innovasiyadan məşğulluğa” devizi ilə keçirilən tədbirin əsas məqsədi innovasiya, rəqəmsallaşma və süni intellektin əmək bazarına təsirini müzakirə etmək, elm, təhsil və əmək bazarı arasında əlaqəni gücləndirməkdir. Eyni zamanda, işəgötürənlər, tələbələr və məzunlar arasında əlaqələrin qurulması üçün platforma yaratmaq, həssas qrupların məşğulluq imkanlarını genişləndirmək və peşə hazırlığı sahəsində yeni yanaşmaları müzakirə etmək də forumun əsas hədəfləridir.

Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev müasir dövrdə əmək bazarında baş verən dəyişikliklərin məşğulluq siyasətinin yeni çağırışlara uyğunlaşdırılmasını zəruri etdiyini vurğulayıb. O bildirib ki, rəqəmsallaşma, texnoloji yeniliklər və süni intellekt əmək münasibətlərinə, peşələrə və işəgötürənlərin tələblərinə ciddi təsir göstərir. Bu baxımdan dövlət qurumları, təhsil müəssisələri, işəgötürənlər və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Milli Məşğulluq Forumu da müvafiq mövzuda təcrübə və fikir mübadilələrinin aparılması, yeni əməkdaşlıqların qurulması və gələcəyin əmək bazarına dair yanaşmaların müəyyən edilməsi baxımından önəmli platformadır.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov bildirib ki, süni intellekt, rəqəmsallaşma əmək bazarını, peşələrin məzmununu və insan kapitalına olan tələbləri də sürətlə dəyişir. Bu baxımdan dövlət siyasətinin əsas istiqamətlərindən biri məhz insan kapitalının inkişafıdır.

Rəqəmsal İnkişaf Konsepsiyası, 2025-2028-ci illər üçün süni intellekt Strategiyası, eləcə də rəqəmsal inkişafın sürətlənməsinə dair 2026-2028-ci illər üzrə Fəaliyyət Planı ölkəmizdə rəqəmsal transformasiyanın sürətləndirilməsi, innovativ texnologiyaların tətbiqi və insan kapitalının inkişafı üçün mühüm rola malikdir.  

Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev bu forumun “Gələcəyin əmək bazarı - innovasiyadan məşğulluğa” devizinin kənd təsərrüfatı sahəsi üçün də əhəmiyyətini  vurğulayıb. Bildirib ki, bu gün aqrar sektorda innovativ yanaşmaların tətbiqi, rəqəmsal texnologiyalardan və müasir istehsal üsullarından istifadə əmək bazarında yeni imkanlar yaradır. Aqrar sahənin dayanıqlı inkişafı üçün müasir bilik və bacarıqlara malik kadrların hazırlanması, gənclərin bu sahəyə marağının artırılması və əmək bazarının tələblərinə uyğun peşə hazırlığı xüsusi önəm daşıyır.

Millət vəkili Aydın Mirzəzadə forumun keçirilməsini yüksək qiymətləndirib, süni intellektin və informasiya texnologiyalarının inkişafının əmək bazarında yeni çağırışlar yaratdığını  vurğulayıb. Bildirib ki, bu şəraitdə yalnız əmək bazarının tələblərinə uyğun kadr hazırlığı deyil, həm də gələcəkdə yeni iş yerləri yaratmaq bacarığının formalaşdırılması mühüm əhəmiyyət kəsb edir.

Forum çərçivəsində “Müasir əmək bazarı: rəqəmsallaşma, innovativ təhsil, dayanıqlı məşğulluq” və “Süni intellekt və əmək bazarı: işlər yox olur, yoxsa dəyişir?” mövzularında yerli və xarici spikerlərin iştirakı ilə panel müzakirələri təşkil olunub. Bununla yanaşı, “Karyera inkişafına süni intellektin təsiri” və “İmkanları fürsətlərə çevir - həssas qruplarla iş” mövzularında vörkşoplar keçirilib. Tədbirin ikinci günündə  əmək bazarının aktual məsələlərinə dair yerli və xarici ekspertlərin iştirakı ilə müzakirələr təşkil olunacaq. Həmçinin, gənclər və işəgötürənlərin iştirakı ilə “İstedadlar Sərgisi” keçiriləcək.





Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

26-12-2023, 15:22

Peşə məktəbləri üçün dərsliklərin hazırlanması qaydası təsdiq edilib

Ölkə

14-01-2026, 16:07

“Bu il 4 bakalavr tələbəmiz TAU-da işlə təmin olunub”

Cəmiyyət

6-01-2026, 16:43

Süni qida və ailə büdcəsi

Ölkə

12-03-2025, 13:25

DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısı genişləndirildi

Ölkə
Ölkəmizdə ilk dəfə Milli Məşğulluq Forumu keçirilir - Fotolar
Ölkəmizdə ilk dəfə Milli Məşğulluq Forumu keçirilir - Fotolar
Küləklə bağlı - Xəbərdarlıq
Küləklə bağlı - Xəbərdarlıq
Prezidentdən Xəzər dənizi ilə bağlı - Fərman
Prezidentdən Xəzər dənizi ilə bağlı - Fərman
Bakıda təcili yardım maşınında yük daşınır
Bakıda təcili yardım maşınında yük daşınır
Siyasət
Dövlət qulluqçuları bu halda pedaqoji fəaliyyətlə məşğul ola biləcək
Bu gün, 12:28
Dövlət qulluqçuları bu halda pedaqoji fəaliyyətlə məşğul ola biləcək
Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü
11-11-2026, 13:30
Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü
Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
11-11-2026, 12:14
Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
10-11-2026, 09:54
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
Bu gün Azərbaycanda Zəfər Günüdür
8-11-2026, 01:54
Bu gün Azərbaycanda Zəfər Günüdür
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
7-11-2026, 14:18
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
Xəbər Lenti
  • Bu gün, 16:56
    Ölkəmizdə ilk dəfə Milli Məşğulluq Forumu keçirilir - Fotolar
  • Bu gün, 16:48
    Küləklə bağlı - Xəbərdarlıq
  • Bu gün, 16:01
    Prezidentdən Xəzər dənizi ilə bağlı - Fərman
  • Bu gün, 15:30
    Bakıda təcili yardım maşınında yük daşınır
  • Bu gün, 14:40
    Daha bir ulduz futbolçu milli karyerasını bitirdi
  • Bu gün, 14:15
    AzTU Çin universiteti ilə əməkdaşlığı genişləndirir
  • Bu gün, 13:59
    Bu sahədə fəaliyyət tam rəqəmsallaşdırılır
  • Bu gün, 13:51
    Həmin avtobusun yolu dəyişdirildi
  • Bu gün, 13:03
    10° şaxta olacaq
  • Bu gün, 12:28
    Dövlət qulluqçuları bu halda pedaqoji fəaliyyətlə məşğul ola biləcək
  • Bu gün, 12:11
    Trampla Netanyahunun sosial şəbəkə hesablarına kiberhücum olub - Fotolar
  • Bu gün, 12:01
    Füzulidə faciəvi qəzada həlak olan müəllim və iki şagirdin üç mərasimi keçirilib
  • Bu gün, 10:17
    AZAL İstanbulun yalnız bu aeroportuna uçacaq - Rəsmi
  • Bu gün, 09:42
    Almaniya Niderlanda, Yunanıstan Serbiyaya qarşı
  • Bu gün, 09:21
    Bakıda külək hasarı aşırdı - Qadın daşların altında qalıb öldü
  • Bu gün, 09:00
    Məktəblərdə payız tətili başladı
  • Bu gün, 08:49
    Ağac aşdı, evin giriş-çıxışı bağlandı - Xilas anları-Video
  • 14-11-2026, 13:43
    İtaliyada 3 gündür davam edən fırtına həyatı iflic etdi -
  • 14-11-2026, 12:48
    Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
  • 14-11-2026, 11:21
    Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
  • 14-11-2026, 10:21
    Rusiya NATO-dan nə istəyir? - Qafqaz da Moskvanın tələbləri arasındadır
  • 14-11-2026, 10:11
    Nəyi xatırlayacağımıza beynimiz necə qərar verir?
  • 14-11-2026, 10:05
    Azərbaycanda bu il 116 uşaq övladlığa verilib
  • 14-11-2026, 10:03
    Sənədsiz evlərə qaz, su, işıq bu hallarda çəkilə bilər
  • 14-11-2026, 10:02
    Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə