• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Peşə məktəbləri üçün dərsliklərin hazırlanması qaydası təsdiq edilib

Ölkə

26-12-2023, 15:22
Peşə məktəbləri üçün dərsliklərin hazırlanması qaydası təsdiq edilib

Peşə təhsili müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası təsdiq edilib.

LiderXəbər xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Peşə təhsili müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin tərtibi fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə peşə təhsili müəssisələri vasitəsilə həyata keçirilir. Peşə təhsili müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin tərtibi zamanı aşağıdakı ümumi tələblər nəzərə alınmalıdır:

- təhsil proqramına (kurikuluma) uyğunluğu;

- materialların elmi etibarlılığı, dəqiqliyi, inkişaf-yönümlülüyü, peşəyönümlülüyü, dəyəryönümlülüyü, tərbiyə-yönümlülüyü;

- nəzəri biliklərin praktiki bacarıqlarla tamamlanması və əmək bazarının tələblərinə uyğunluğu;

- pedaqoji və metodiki yanaşmaların qabaqcıl nəzəriyyələrə, müasir tədris texnologiyalarına uyğunluğu;

- müasir informasiya-kommunikasiya texnologiyalarının nailiyyətlərinin nəzərə alınması;

- dizayn və tərtibatın məntiqliliyi, estetikliyi və müasirliyi;

- Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğunluğu.

Dərsliklərin bu Qaydanın tələblərinə uyğunluğuna peşə təhsili müəssisəsinin ali idarəetmə orqanında baxılır və qrifin verilməsi barədə qərar qəbul edildiyi halda bu Qaydaya uyğun olaraq müraciət edilir. Nazirlik peşə təhsili sahəsində tətbiq olunan təhsil proqramlarının (kurikulumların) həyata keçirilməsini təmin etmək məqsədilə bütün ixtisaslar (modullar) üzrə açıq tədris-metodik vasitələri kimi dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin tərtibini sifariş edir.

Açıq tədris-metodik vasitələrdən əlavə olaraq dövlət peşə təhsili müəssisələrində istifadə edilməsi üçün başqa dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin müstəsna və ya qeyri-müstəsna hüquqlarının alınması yolu ilə törəmə (tərcümə, dəyişdirmə) dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin tərtibi Nazirlik tərəfindən sifariş edilir. Peşə təhsili müəssisələrində istifadə edilməsi üçün dərsliklərin təsdiqlənməsi onlara qrif verilməsi yolu ilə həyata keçirilir. Dərsliyə və onun hər bir təkmilləşdirilmiş və ya törəmə (tərcümə, dəyişdirmə) nəşrinə ayrıca qrif verilir. Dərsliyə qrif verilməsi peşə təhsili müəssisəsinin müraciəti əsasında Nazirlik tərəfindən həyata keçirilir. Dərsliyə qrif almaq üçün peşə təhsili müəssisəsi (bundan sonra – ərizəçi) Nazirliyin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə (bundan sonra – TMİS) qeydiyyatdan keçməklə şəxsi kabinet yaradır. Ərizəçi şəxsi kabinetdə olan məlumatları əldə edə və müraciətinin statusunu izləyə bilər.

Müraciətə aşağıdakılar elektron formada əlavə edilir:

- dərslik;

- dərsliyin əsaslandığı təhsil proqramı (kurikulumu);

- dərsliyin təsdiqlənməsi üçün müraciətin edilməsi barədə təhsil müəssisəsinin ali idarəetmə orqanının qərarı;

- dərsliyin təsdiqlənməsi barədə müvafiq ixtisas istiqaməti üzrə azı 5 (beş) il fəaliyyəti olan 2 (iki) işəgötürənin müsbət rəyi;

- başqa əsərlərdən və mənbələrdən qeyri-qanuni istifadə hallarına yol verilməməsi barədə müəllifin (müəllif kollektivinin) notariat qaydasında təsdiq olunmuş ərizəsi.

Qrif verilməsi üçün dərsliyin qiymətləndirilməsi Nazirlik tərəfindən həyata keçirilir. Bu məqsədlə Nazirlik tərəfindən müvafiq sahədə 5 (beş) ildən artıq pedaqoji təcrübəsi və ya müvafiq ixtisas üzrə 10 (on) il iş təcrübəsi və ya elmi dərəcəsi olan azı 3 (üç) ekspert cəlb edilir. Nazirlik tərəfindən tərcümə edilmiş dərsliklərin qiymətləndirilməsi üçün əlavə olaraq tərcüməçi də cəlb edilə bilər. Dərsliyə qrif verilməsi üçün müraciətə 2 (iki) ay müddətində
baxılır. Dərslik 100 ballıq şkala üzrə aşağıdakı meyarlar əsasında qiymətləndirilir:

- dərsliyin təhsil proqramına (kurikuluma) uyğunluğu (30 bal);

- dərsliyə daxil edilmiş materialların elmi etibarlılığı, dəqiqliyi, inkişafyönümlülüyü, peşəyönümlülüyü, tərbiyəyönümlülüyü və dəyəryönümlülüyü (20 bal);

- dərslikdə nəzəri biliklərin praktiki bacarıqlarla tamamlanması və əmək bazarının tələblərinə uyğunluğu səviyyəsi (20 bal);

- dərslikdə nəzərdə tutulan pedaqoji və metodiki yanaşmaların qabaqcıl nəzəriyyələrə və müasir tədris texnologiyalarına uyğunluğu (10 bal);

- dərsliyin tərtibində müasir informasiya-kommunikasiya texnologiyalarının nailiyyətlərinin nəzərə alınması (10 bal);

- dizayn və tərtibatın məntiqliliyi, estetikliyi və müasirliyi (10 bal).

Qrif verilməsi üçün dərslik qiymətləndirildiyi hər bir meyar üzrə maksimal balın ən azı 80 faizini toplamalıdır. Qrif verilməsi üçün dərsliyin qiymətləndirilməsinin nəticəsi barədə məlumat ərizəçinin şəxsi kabinetinə göndərilir. Dərsliyə qrif verilməsindən imtinadan ərizəçi yazılı formada (o cümlədən, elektron formada şəxsi kabineti vasitəsilə) 1 (bir) ay ərzində Nazirliyə şikayət verə bilər. Şikayət həmin dərsliyin qiymətləndirilməsində iştirak etmiş şəxslərdən ibarət tərkibdə yaradılan komissiyada ərizəçinin iştirakı ilə baxılaraq cavablandırılır. Dərsliyə qrifin verilməsi Nazirliyin əmri ilə rəsmiləşdirilir. Qrif verilmiş dərsliyin məzmunu qrifin verildiyi tarixdən sonrakı 5 (beş) tədris ili ərzində istifadəyə yararlı hesab olunur. Qrifin verilməsi barədə əmrdə dərsliyin adı, əsaslandığı təhsil proqramı (kurikulumu) və modul, əhatə etdiyi təhsil müddəti, müəllifləri və müstəsna müəlliflik hüququnun (©) sahibi (sahibləri), kağız və ya elektron daşıyıcıda olması və qrif göstərilir.

Qrif verilməsindən imtina edilmiş dərslik təkmilləşdirildikdən sonra növbəti təqvim ilində yenidən qrif verilməsi üçün Nazirliyə təqdim edilə bilər. Nazirlik qrif verilmiş və qrifi ləğv edilmiş dərsliklərin reyestrini aparır və onlar barədə məlumatı rəsmi saytında dərc edir. Aşağıdakı hallarda Nazirlik dərsliyin qrifini vaxtından əvvəl ləğv edir:

- dərsliyin əsaslandığı təhsil proqramı (kurikulumu) qüvvədən düşdükdə;

- dərsliyin təkmilləşdirilmiş nəşrinə qrif verildikdə;

- dərslikdə başqa əsərlərdən qeyri-qanuni istifadə (plagiat) faktı öz təsdiqini tapdıqda.

Qrif verilmiş dərsliklərdən eyni təhsil proqramını (kurikulumu) həyata keçirən peşə təhsili müəssisələrində növbəti dərs ilindən istifadə edilə bilər. Peşə təhsili müəssisəsində istifadə edilməsi üçün dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin təsdiqlənməsi barədə qərar peşə təhsili müəssisəsinin ali idarəetmə orqanı tərəfindən qəbul edilir.

Dövlət peşə təhsili müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin nəşri dövlət büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına, Nazirlik tərəfindən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil edilən satınalma yolu ilə həyata keçirilir. Peşə təhsili müəssisələri üçün rəqəmsal dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin nəşri internet şəbəkəsi üzərindən həyata keçirilir.

Dövlət peşə təhsili müəssisələri üçün Nazirlik tərəfindən nəşr ediləcək kağız dərsliklərə, dərs vəsaitlərinə və digər tədris-metodik vasitələrə növbəti tədris ilində olan tələbatın proqnozu TMİS vasitəsilə təqdim edilir. Peşə təhsili müəssisələrinin rəhbərləri kağız dərsliklərə, dərs vəsaitlərinə və digər tədris-metodik vasitələrə olan tələbatla bağlı məlumatları tədris ilinin başlanılmasına 6 (altı) ay qalmış TMİS-də bu məqsədlə açılmış xüsusi bölməyə daxil edərək, elektron imzaları ilə təsdiq edirlər. Daxil edilən məlumatlar Nazirlik yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən 1 (bir) ay müddətində dəqiqləşdirilərək, elektron imzalarla təsdiq olunduqdan sonra kağız dərsliklərə, dərs vəsaitlərinə və digər tədris-metodik vasitələrə olan tələbat proqnozu formalaşır. Dövlət peşə təhsili müəssisələri üçün kağız dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin nəşri aşağıdakı
istifadəyə yararlılıq müddətləri nəzərə alınmaqla həyata keçirilir:

- tədris edilən ixtisaslar üçün bütün kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələr – ilk buraxılışdan sonrakı beş tədris ili;

- tədris edilən ixtisaslar üçün kağız dərslik komplektinə daxil iş dəftərləri – bir tədris ili.

Dövlət peşə təhsili müəssisələri üçün kağız dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin nəşri aşağıdakı tiraj həcmlərində təşkil edilir:

- iş dəftərləri hər il istifadəçilərin proqnoz sayının 105 faizi həcmində;
- dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələr istifadə müddətinin ilk ilində istifadəçilərin proqnoz sayının 105 faizi həcmində, istifadə müddətinin qalan dövründə istifadəçilərin proqnoz sayının 45 faizi həcmində birdəfəlik, yaxud illərə bölünməklə.

Dövlət peşə təhsili müəssisələri üçün Nazirlik tərəfindən nəşr edilən kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələr tədris ilinin başlanılmasına 2 (iki) ay qalmış nəşr edilir və tədris ilinin başlanılmasına 15 (on beş) gün qalmış peşə təhsili müəssisələrinə onların təqdim etdiyi proqnoz tələbat əsasında çatdırılır. Dövlət peşə təhsili müəssisələri hər bir istifadəçini tədris ili başlananadək kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələr ilə təmin edirlər. Dövlət peşə təhsili müəssisələri kağız dərslikləri, dərs vəsaitlərini və digər tədris-metodik vasitələri kitabxana fonduna daxil edirlər.

Dövlət peşə təhsili müəssisələrində qrifi qüvvədən düşmüş kağız dərsliklər və ya bu Qaydanın 4.4-cü bəndi ilə müəyyən edilən istifadəyə yararlılıq müddəti bitmiş kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələr köhnəlmiş hesab olunur və kitabxana fondundan “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada çıxarılırlar. Bu Qaydanın tələbləri nəzərə alınmaqla bələdiyyə və özəl peşə təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin nəşri həmin təhsil müəssisələrinin öz vəsaitləri hesabına həyata keçirilir.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

7-11-2023, 13:38

Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM

Ölkə

2-03-2023, 09:26

Ali məktəblərə və kolleclərə sənəd qəbulu başlayıb

Ölkə

14-04-2023, 13:46

Müharibə iştirakçıları və qazilərin nəqliyyat sahəsində hansı problemləri var?

Ölkə

24-07-2023, 10:30

Rezidenturaya qəbul imtahanı üçün qeydiyyat başlayıb

Ölkə

7-02-2023, 10:33

Xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı yeniliklər açıqlanıb

Ölkə
Tbilisiyə lüks vaqonda getmək 180 AZN-dir - Bütün qiymətlər açıqlandı
Tbilisiyə lüks vaqonda getmək 180 AZN-dir - Bütün qiymətlər açıqlandı
ABŞ ilə müzakirələrdə əsas fiqura çevrilən iranlı general kimdir?
ABŞ ilə müzakirələrdə əsas fiqura çevrilən iranlı general kimdir?
Cəbrayılın Şükürbəyli kəndi doğma sakinlərini qarşıladı: Köç karvanı çatdı, açarlar təqdim edildi
Cəbrayılın Şükürbəyli kəndi doğma sakinlərini qarşıladı: Köç karvanı çatdı, açarlar təqdim edildi
Tbilisi biletləri ilə bağlı detallar açıqlandı - Nələr daxildir? - Fotolar
Tbilisi biletləri ilə bağlı detallar açıqlandı - Nələr daxildir? - Fotolar
Siyasət
Prezidenti təbrik edirlər - Yenilənir
Bu gün, 16:12
Prezidenti təbrik edirlər - Yenilənir
Emmanuel Makron İlham Əliyevə zəng vurub
Bu gün, 14:00
Emmanuel Makron İlham Əliyevə zəng vurub
Bu quruma yeni səlahiyyət verildi - Fərman
Dünən, 14:40
Bu quruma yeni səlahiyyət verildi - Fərman
Prezident bir qrup şəxsə medal verdi - Siyahı
Dünən, 14:15
Prezident bir qrup şəxsə medal verdi - Siyahı
İlham Əliyev bu sazişi təsdiqlədi
Dünən, 16:52
İlham Əliyev bu sazişi təsdiqlədi
Prezident qəbullar keçirdi - Fotolar - Yenilənib
19-05-2026, 15:06
Prezident qəbullar keçirdi - Fotolar - Yenilənib
Xəbər Lenti
  • Dünən, 17:00
    Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Ombudsman Aparatı arasında Əməkdaşlıq Memorandumu imzalanıb
  • Dünən, 16:27
    Tbilisiyə lüks vaqonda getmək 180 AZN-dir - Bütün qiymətlər açıqlandı
  • Dünən, 16:12
    Prezidenti təbrik edirlər - Yenilənir
  • Dünən, 15:12
    ABŞ ilə müzakirələrdə əsas fiqura çevrilən iranlı general kimdir?
  • Dünən, 14:00
    Emmanuel Makron İlham Əliyevə zəng vurub
  • Dünən, 13:51
    Rusiya vətəndaşlarını bu ölkəyə getməməyə çağırdı
  • Dünən, 13:05
    Cəbrayılın Şükürbəyli kəndi doğma sakinlərini qarşıladı: Köç karvanı çatdı, açarlar təqdim edildi
  • Dünən, 13:00
    Ukraynada 10 günə altı azərbaycanlı həlak oldu - Fotolar
  • Dünən, 12:08
    “Paris çoxdan prosesin neytral iştirakçısı olmaqdan çıxıb”
  • Dünən, 11:33
    Tbilisi biletləri ilə bağlı detallar açıqlandı - Nələr daxildir? - Fotolar
  • Dünən, 11:14
    Ürək üçün ən faydalı yay giləmeyvəsi açıqlanıb
  • Dünən, 10:37
    Tramp “Kubanın Delsisi”ni axtarır
  • Dünən, 10:11
    Qurban bayramında bunları etməyin!
  • Dünən, 09:55
    “Qəbələ” “Şamaxı”ya qarşı - Sonuncu turun oyunları başlayır
  • Dünən, 09:13
    BMT-dən xəbərdarlıq: Yaxın altı ay ərzində qlobal ərzaq böhranı baş verə bilər
  • Dünən, 09:00
    Nəriman Axundzadə assist etdi, komandası yarımfinala çıxdı
  • Dünən, 08:45
    “Zəngdən sonra Netanyahunun “başından tüstü çıxırdı” - Araları dəyib
  • Dünən, 17:00
    “Azərbaycan dünyanın ən böyük yenidənqurma layihələrindən birinə start verib”
  • Dünən, 16:16
    Putin və Tramp Çində görüşə bilərlər
  • Dünən, 15:58
    WUF13-ə onlayn qeydiyyat bərpa edildi
  • Dünən, 15:55
    Bakı-Tbilisi qatarına bilet bu qiymətə olacaq - Rəsmi
  • Dünən, 15:53
    Bakının mərkəzində daha 5 küçə piyadalaşdırılır - Foto
  • Dünən, 15:00
    Tbilisidə biletlərin yoxlanılması və qeydiyyatı test ediləcək
  • Dünən, 14:50
    Avropa çempionatında bu şahmatçılarla təmsil olunacağıq
  • Dünən, 14:43
    İyul çağırışçıları və ehtiyata buraxılan əsgərlərlə bağlı - Sərəncam
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə