• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Dərsliklərin ictimai müzakirəsi ilə bağlı - Açıqlama

Ölkə

Bu gün, 11:43
Dərsliklərin ictimai müzakirəsi ilə bağlı - Açıqlama

Son günlər dərsliklərin məzmunu, tədris materiallarında yer alan məlumatlar ilə bağlı müzakirələr gündəmdədir. Yaranan suallar dərsliklərin hazırlanması, məzmununun qiymətləndirilməsi və təkmilləşdirilməsi məsələlərini yenidən aktuallaşdırıb.

Liderxeber.az-ın məlumatına görə, Elm və Təhsil Nazirliyindən “Azərbaycan müəllimi”nə bildirilib ki, ümumi təhsil pilləsi üçün dərsliklərin hazırlanması Nazirlər Kabinetinin 2020-ci il 25 fevral tarixli 67 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”na əsasən həyata keçirilir. Bu məqsədlə nazirlik tərəfindən ümumi təhsil müəssisələri üçün təkmilləşdirilməsi və ya yenidən hazırlanması zəruri olan dərsliklərin siyahısı müəyyən edilir və tərtibi bu sahədə təcrübəsi olan nəşriyyat-poliqrafiya müəssisələrinə sifariş edilir.

Qaydaya əsasən, dərsliklərin hazırlanması zamanı materialların elmi etibarlılığı, dəqiqliyi, inkişafyönümlülüyü, dəyəryönümlülüyü, tərbiyəyönümlülüyü, təhsilalanların yaş xüsusiyyətlərinə uyğunluğu, pedaqoji və metodiki yanaşmaların qabaqcıl nəzəriyyələrə uyğunluğu, dizayn və quruluşun məntiqliyi, estetikliyi və müasirliyi, habelə “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”nın və Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğunluğu təmin edilməlidir. 

Hazırlanmış dərslik layihələrinin qaydanın müvafiq bəndi ilə müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilməsi üçün ən azı on il pedaqoji təcrübəsi və ya elmi dərəcəsi olan ən azı üç mütəxəssislə xidməti müqavilə bağlanılır və dərslik layihələri ekspert qiymətləndirilməsinə təqdim edilir.

Bununla yanaşı, dərslik layihələrinin keyfiyyətinin artırılması, məzmunun elmi-metodiki baxımdan təkmilləşdirilməsi və mümkün nöqsanların aradan qaldırılması məqsədilə nəşrqabağı elmi-metodiki monitorinqi və ictimai müzakirələri təşkil olunur. Bu çərçivədə dərslik layihələri Dövlət İmtahan Mərkəzinə təqdim edilir, həmçinin www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsində yerləşdirilərək ictimaiyyətin rəy və təkliflərinin alınması üçün açıq müzakirəyə çıxarılır.

Eyni zamanda, layihələr aidiyyəti dövlət qurumlarına, ali təhsil müəssisələrinə və elmi təşkilatlara müvafiq sahələr üzrə rəy və təkliflərin alınması məqsədilə təqdim edilir.

Sözügedən proses çərçivəsində təqdim edilmiş rəylər dərslikləri hazırlayan nəşriyyat-poliqrafiya müəssisələrinə təqdim olunur, müəllif heyəti ilə birlikdə təhlil olunur və həmin dərsliklər istifadəyə təqdim edilmədən öncə təkmilləşdirilir. Bu proses dərslik layihələri yuxarıdakı meyarlara cavab verənədək bir neçə dəfə təkrarlanır.

Qaydaya əsasən, hazırlanmış dərsliklərin ümumi təhsil müəssisələrində istifadə edilməsi üçün dərsliklərin təsdiqlənməsi qrif verilməsi yolu ilə həyata keçirilir və onlara qrif dərslik qiymətləndirildiyi hər bir meyar üzrə maksimal balın ən azı 80 faizini topladıqdan sonra verilir.

Qrif verilmiş dərsliyin məzmunu qrifin verildiyi tarixdən etibarən beş tədris ili müddətində istifadəyə yararlı hesab olunur.

“Göründüyü kimi, Elm və Təhsil Nazirliyi tərəfindən dərsliklərin tərtibi nəşriyyat-poliqrafiya müəssisələrinə sifariş edilməsi yolu ilə həyata keçirilir. Həmin müəssisələr tərəfindən hazırlanmış dərslik layihələrinin qiymətləndirilməsi məqsədilə nazirlik tərəfindən sahə üzrə ekspertlər cəlb olunur, həmçinin onların nəşrqabağı elmi-metodiki monitorinqi və ictimai müzakirəsi təşkil edilir.

Bununla belə, müşahidələr göstərir ki, dərslik layihələrinin ictimai müzakirəsi prosesində iştirakçılıq səviyyəsi arzuolunan həddə deyil və bu zaman müzakirə zamanı gözlənilən səmərə əldə olunmur”. 

Nazirlikdən qeyd edilib ki, dərslik layihələrinin qiymətləndirilməsi zamanı fənn üzrə mütəxəssislər tərəfindən çoxsaylı rəy və təkliflər təqdim edildiyi halda, ictimaiyyətdən daxil olan rəylərin sayı olduqca azdır, hətta bir sıra dərsliklər üzrə isə ümumiyyətlə heç bir münasibət bildirilmir. Məsələn, “Azərbaycan tarixi 7” dərslik layihəsinin qiymətləndirilməsi zamanı fənn üzrə mütəxəssislər tərəfindən 1000-dən çox, ictimaiyyətdən isə cəmi 21 rəy və təklif təqdim edilmişdir. “Biologiya 9” dərslik layihəsi üzrə bu göstəricilər müvafiq olaraq fənn üzrə mütəxəssislərin 530-dan çox və ictimaiyyətin 3, “Riyaziyyat 7” dərslik layihəsi üzrə fənn üzrə mütəxəssislərin 300-dən çox və ictimaiyyətin 0, “Fizika 9” dərslik layihəsi üzrə isə fənn üzrə mütəxəssislərin 480-dən çox və ictimaiyyətin isə 0 rəy olmuşdur. Bu hal isə dərsliklərin geniş ictimai rəyə əsaslanaraq təkmilləşdirilməsi imkanlarını məhdudlaşdırır.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

26-12-2023, 15:22

Peşə məktəbləri üçün dərsliklərin hazırlanması qaydası təsdiq edilib

Ölkə

26-05-2025, 10:26

Prezident bu şəxsləri əfv etdi - Siyahı

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə

22-04-2024, 13:08

Birinci sinfə qəbul üzrə prioritet məktəblərin siyahısı açıqlanıb

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə
Dərsliklərin ictimai müzakirəsi ilə bağlı - Açıqlama
Dərsliklərin ictimai müzakirəsi ilə bağlı - Açıqlama
Azərbaycanın bu təşəbbüsü COP31-də yüksək qiymətləndirildi - Fotolar
Azərbaycanın bu təşəbbüsü COP31-də yüksək qiymətləndirildi - Fotolar
İcbari sığorta müqavilələri üzrə bildirişlər artıq “mygov” vasitəsilə də təqdim olunur
İcbari sığorta müqavilələri üzrə bildirişlər artıq “mygov” vasitəsilə də təqdim olunur
Bakıda müşavirələr keçirildi - Qarlı havalara hazırlıq tədbirləri müzakirə olundu
Bakıda müşavirələr keçirildi - Qarlı havalara hazırlıq tədbirləri müzakirə olundu
Siyasət
Hərbi qulluqçulara ali hərbi rütbələr təqdim edildi - Fotolar
Bu gün, 10:12
Hərbi qulluqçulara ali hərbi rütbələr təqdim edildi - Fotolar
Dövlət qulluqçuları bu halda pedaqoji fəaliyyətlə məşğul ola biləcək
Dünən, 12:28
Dövlət qulluqçuları bu halda pedaqoji fəaliyyətlə məşğul ola biləcək
Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü
11-11-2026, 13:30
Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü
Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
11-11-2026, 12:14
Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
10-11-2026, 09:54
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
Bu gün Azərbaycanda Zəfər Günüdür
8-11-2026, 01:54
Bu gün Azərbaycanda Zəfər Günüdür
Xəbər Lenti
  • Bu gün, 12:00
    Gələn ildən gəlir vergisi bu qədər olacaq
  • Bu gün, 11:43
    Dərsliklərin ictimai müzakirəsi ilə bağlı - Açıqlama
  • Bu gün, 11:18
    Azərbaycanın bu təşəbbüsü COP31-də yüksək qiymətləndirildi - Fotolar
  • Bu gün, 11:12
    İcbari sığorta müqavilələri üzrə bildirişlər artıq “mygov” vasitəsilə də təqdim olunur
  • Bu gün, 10:12
    Hərbi qulluqçulara ali hərbi rütbələr təqdim edildi - Fotolar
  • Bu gün, 10:00
    Bakıda müşavirələr keçirildi - Qarlı havalara hazırlıq tədbirləri müzakirə olundu
  • Bu gün, 09:25
    Məhkəmə sədri ağır cinayət ittihamına - Bəraət verdi
  • Bu gün, 09:05
    Monqolustan Prezidenti istefa verdi
  • Bu gün, 08:37
    Yeni filmi ilə zirvəyə qayıtdı
  • Dünən, 17:45
    Gələn ildən bank əmanətləri vergiyə cəlb ediləcək
  • Dünən, 17:31
    İki ölkədə “Telegram” bloklandı
  • Dünən, 17:02
    Yük gəmisində partlayış - Göyərtəsində Azərbaycan vətəndaşları da olub
  • Dünən, 16:56
    Ölkəmizdə ilk dəfə Milli Məşğulluq Forumu keçirilir - Fotolar
  • Dünən, 16:48
    Küləklə bağlı - Xəbərdarlıq
  • Dünən, 16:01
    Prezidentdən Xəzər dənizi ilə bağlı - Fərman
  • Dünən, 15:30
    Bakıda təcili yardım maşınında yük daşınır
  • Dünən, 14:40
    Daha bir ulduz futbolçu milli karyerasını bitirdi
  • Dünən, 14:15
    AzTU Çin universiteti ilə əməkdaşlığı genişləndirir
  • Dünən, 13:59
    Bu sahədə fəaliyyət tam rəqəmsallaşdırılır
  • Dünən, 13:51
    Həmin avtobusun yolu dəyişdirildi
  • Dünən, 13:03
    10° şaxta olacaq
  • Dünən, 12:28
    Dövlət qulluqçuları bu halda pedaqoji fəaliyyətlə məşğul ola biləcək
  • Dünən, 12:11
    Trampla Netanyahunun sosial şəbəkə hesablarına kiberhücum olub - Fotolar
  • Dünən, 12:01
    Füzulidə faciəvi qəzada həlak olan müəllim və iki şagirdin üç mərasimi keçirilib
  • Dünən, 10:17
    AZAL İstanbulun yalnız bu aeroportuna uçacaq - Rəsmi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə