• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Bakıda MDB dövlətlərinin Məşvərət Şurasının 39-cu iclası keçirildi - Fotolar

Siyasət

Bu gün, 14:57
Bakıda MDB dövlətlərinin Məşvərət Şurasının 39-cu iclası keçirildi - Fotolar

Bakı şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasının 39-cu iclası öz işinə başlayıb.

Liderxeber.az xəbər verir ki, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.

Bildirilib ki, iclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri  Anar Əliyev MDB Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasının fəaliyyətinin mövcud təcrübələrin mübadiləsi ilə yanaşı, əmək və sosial-iqtisadi siyasətlərin perspektiv inkişaf istiqamətlərinin müzakirəsi, innovativ yanaşmaların hazırlanması və  praktik əməkdaşlıq imkanlarının müəyyən edilməsi baxımından da əhəmiyyətli olduğunu bildirib.

O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə son illərdə əmək və məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar barədə məlumat verib. Nazir Azərbaycanda 2018-2026-cı illərdə 4 milyon insanı əhatə edən beş sosial islahat paketinin icra edildiyini, bu islahatlar üçün hər il əlavə olaraq 8 milyard manat, yəni 4,7 milyard ABŞ dolları ayrıldığını, gələn il altıncı sosial islahat paketinin həyata keçirilməsi üçün hazırlıq işlərinə artıq başlandığını diqqətə çatdırıb. 

İllik müqayisədə məşğulluq orqanlarının həyata keçirdiyi aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin 2 dəfə artdığı, o cümlədən işlə təmin edilənlərin sayında 3,6 dəfə, özünüməşğulluq proqramına cəlb edilənlərin sayında 2,7 dəfə, peşə təliminə cəlb olunanların sayında 7,1 dəfə, peşəyönümü xidmətlərə cəlb edilənlərin sayında 3 dəfə artımın olduğu, habelə işsizliyə görə sığorta ödənişinin orta aylıq məbləğinin 1,4 dəfə artdığı qeyd edilib.

Bundan əlavə, qeyd edilən dövrdə əmək müqavilələrinin sayının 44 faiz, minimum əməkhaqqının 3,1 dəfə, orta aylıq əməkhaqqının 2,1 dəfə və əməkhaqqı fondunun 3,4 dəfə, minimum və orta aylıq pensiyanın təqribən 3 dəfə, sosial müavinət və təqaüd ödənişlərinin 5 dəfə, ünvanlı dövlət sosial yardımının orta aylıq məbləğinin 2,5 dəfə artdığı bildirilib.

Əmək və sosial müdafiə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üçün atılan addımlar, bu sahədə elektronlaşma prosesinin daha geniş rəqəmsal transformasiya mərhələsinə keçdiyi qeyd edilib.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə DOST Agentliyinin və DOST mərkəzlərinin yaradıldığı, DOST mərkəzlərinin dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, şəffaf, operativ, vətəndaş məmnunluğuna uyğun göstərilməsinə imkan yaratdığı vurğulanıb. Nazirlik üzrə xidmətlərin 90 faizdən çoxunun elektronlaşdırıldığı, ölkəmizdə son illər aparılan sosial islahatların 300-dən çox beynəlxalq mükafat və sertifikata, o cümlədən BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görüldüyü vurğulanıb.

Nazir Anar Əliyev MDB Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasının bugünkü iclası çərçivəsində aparılacaq müzakirələr və fikir mübadiləsinin gələcək fəaliyyətimizin inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirib.

Məşvərət Şurasının Katibliyinin rəis müavini, MDB-nin İcraiyyə Komitəsinin Siyasi, humanitar və sosial sahələrdə əməkdaşlıq departamentinin müşaviri Olqa Kremskaya MDB-nin Baş katibinin müavini Nurlan Seytimovun açılış nitqini səsləndirib.  

Məşvərət Şurasına sədrlik Özbəkistan Respublikasından Azərbaycan Respublikasına keçib. Özbəkistanın məşğulluq və yoxsulluğun azaldılması nazirinin birinci müavini Marat Jurayev ölkəsinin Şuraya sədrliyi çərçivəsində əldə edilən nəticələr və Şuranın 38-ci iclasının qərarlarının icrası işlərinə dair məlumat verib.

MDB-nin Baş katibi Serqey Lebedev adından Özbəkistan Məşğulluq və Yoxsulluğun Azaldılması Nazirliyinin nümayəndələrinə Özbəkistan tərəfinin Məşvərət Şurasında sədrliyi çərçivəsində MDB məkanında əmək və sosial sahədə əməkdaşlığa verdiyi töhfəyə görə mükafatlar təqdim edilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, Belarusun əmək və sosial müdafiə nazirinin müavini Marina Artemenko, Qazaxıstanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Baxtiyar Jazıkpayev, Qırğız Respublikasının əmək, sosial təminat və miqrasiya nazirinin müavini Aida İsatbəy qızı, Rusiyanın əmək və sosial müdafiə nazirinin birinci müavini Olqa Batalina, Tacikistanın əmək, miqrasiya və əhalinin məşğulluğu nazirinin birinci müavini Nəsim Kərimzadə, Türkmənistanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Qurban Qurbanov, Özbəkistanın məşğulluq və yoxsulluğun azaldılması nazirinin birinci müavini Marat Jurayev ölkələrində sosial-əmək sahəsindəki cari vəziyyət və bu sahədə həyata keçirilən tədbirlər haqqında çıxış ediblər.

İclasda Azərbaycan və Qazaxıstanda əmək, məşğulluq və sosial müdafiə sahələrində rəqəmsal xidmətlərin inkişafı haqqında məlumat verilib.

“MDB-də 2028-ci ilin Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilməsi ilə əlaqədar tədbirlərin hazırlanması”, “2023-2025-ci illər üçün MDB-də model qanunvericilik fəaliyyətinin Perspektiv İnkişafı Planının həyata keçirilməsi”, “Rəqəmsal platformalarda məşğulluğun statistik ölçülməsi: MDB ölkələrinin təcrübəsi”, “Əmək normalarının müəyyən edilməsi sahəsində işlərin metodiki və təşkilati-texniki təminatı üzrə MDB-nin iştirakçı dövlətlərinin baza təşkilatı”, “MDB-nin iştirakçı dövlətlərində sosial tərəfdaşlıq sisteminin təkmilləşdirilməsi” və s. mövzularda çıxışlar edilib, müzakirələr aparılıb.






Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Siyasət

21-08-2026, 13:59

Prezident Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

Siyasət

13-11-2025, 15:42

Prezident Özbəkistan mediasına müsahibə verib

Siyasət

30-08-2025, 17:07

Azərbaycan-Şanxay Əməkdaşlıq Təşkilatı əlaqələri yeni müstəvidə

Ölkə

18-04-2024, 14:35

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub göndərib

Ölkə
Sabah 31° isti olacaq
Sabah 31° isti olacaq
Gənc Müəllimlər Assosiasiyasından məktəblərdə vahid forma ilə bağlı - Bəyanat
Gənc Müəllimlər Assosiasiyasından məktəblərdə vahid forma ilə bağlı - Bəyanat
Bakıda maşın atla toqquşdu
Bakıda maşın atla toqquşdu
Bakıda tozlu hava müşahidə olunur - İki gün davam edəcək
Bakıda tozlu hava müşahidə olunur - İki gün davam edəcək
Siyasət
Bakıda MDB dövlətlərinin Məşvərət Şurasının 39-cu iclası keçirildi - Fotolar
Bu gün, 14:57
Bakıda MDB dövlətlərinin Məşvərət Şurasının 39-cu iclası keçirildi - Fotolar
Bu gün Bakıdan İrəvana təyyarə uçacaq - Kimləri aparacaq?
Bu gün, 13:32
Bu gün Bakıdan İrəvana təyyarə uçacaq - Kimləri aparacaq?
“Bu mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək” - Yenilənib
Bu gün, 12:49
“Bu mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək” - Yenilənib
“Bu, regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirir”
Bu gün, 12:25
“Bu, regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirir”
Bakının Əhmədli kəndinin tarixindən bəhs edən əsər işıq üzü görüb
Bu gün, 11:53
Bakının Əhmədli kəndinin tarixindən bəhs edən əsər işıq üzü görüb
Türkmənistan Prezidenti də Bakıdadır
Bu gün, 09:15
Türkmənistan Prezidenti də Bakıdadır
Xəbər Lenti
  • Bu gün, 15:20
    Bakıda görüşdülər - Foto
  • Bu gün, 15:11
    Oyuncaq ayıdan yaranan - “Vinni-Pux” 100 yaşında
  • Bu gün, 14:57
    Bakıda MDB dövlətlərinin Məşvərət Şurasının 39-cu iclası keçirildi - Fotolar
  • Bu gün, 14:02
    “Navai” 2 ay müddətinə həbs edildi
  • Bu gün, 13:38
    Sabah 31° isti olacaq
  • Bu gün, 13:32
    Bu gün Bakıdan İrəvana təyyarə uçacaq - Kimləri aparacaq?
  • Bu gün, 13:20
    Tramp 51-ci ştatın hansı ölkə olacağını açıqladı
  • Bu gün, 12:49
    “Bu mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək” - Yenilənib
  • Bu gün, 12:25
    “Bu, regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirir”
  • Bu gün, 11:53
    Bakının Əhmədli kəndinin tarixindən bəhs edən əsər işıq üzü görüb
  • Bu gün, 11:25
    İstanbulda leysan davam edir, 2 nəfər öldü
  • Bu gün, 11:05
    Pakistanda məktəbdə faciə: 20 şagird və bir müəllim həlak olub
  • Bu gün, 10:57
    Səhiyyə nazirliyindən hicabla bağlı açıqlama
  • Bu gün, 10:27
    Gənc Müəllimlər Assosiasiyasından məktəblərdə vahid forma ilə bağlı - Bəyanat
  • Bu gün, 10:20
    Bakıda maşın atla toqquşdu
  • Bu gün, 09:15
    Türkmənistan Prezidenti də Bakıdadır
  • Bu gün, 09:04
    Bakıda tozlu hava müşahidə olunur - İki gün davam edəcək
  • Bu gün, 08:47
    Hövsanda 10 nəfər məktəb mühafizəçisinə hücum etdi - Həbs olunanlar var - Yenilənib
  • Dünən, 17:47
    Japarov xanımı ilə Bakıya gəldi - Fotolar
  • Dünən, 17:43
    Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq - Özəl
  • Dünən, 15:40
    Güləşçimizdən DÇ-də gümüş medal
  • Dünən, 15:29
    Bilgəhdə sürətlə hərəkət edən avtomobil aşdı - 2 nəfər öldü
  • Dünən, 15:06
    Hakan Fidan Bakıya gəlir
  • Dünən, 14:50
    “Sabah” turnir cədvəlində yüksəldi - “İnter”, “Qalatasaray”, “Napoli”ni qabaqlayır
  • Dünən, 14:00
    Xarkovda 5 hərbçi güllələnib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə