• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”

İqtisadiyyat

Bu gün, 14:08
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”

“Dövlət Sosial Müdafiə Fondunun maliyyə dayanıqlığı vacibdir və bu da büdcədən ayırmaların minimumlaşdırılmasını aktuallaşdırır. 2027-ci ildə DSMF-nin büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 1.6 milyard manatın ayrılması nəzərdə tutulub. Bu il üçün bu rəqəm 1.7 milyard manat idi”.

Liderxeber.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən birgə iclasında Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun 2027-cı il üçün büdcə layihələrinin müzakirəsi zamanı bildirib.

“Məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərinin proqnozlaşdırılması metodologiyasına əsasən, 2027-ci il gəlirləri 7 milyard 585 milyon manat proqnozlaşdırılır. Onun da 7 milyard 456 milyon manatı metodologiyaya sabit proqnoz rəqəm kimi daxil edilir, dəyişən (veribl) kimi deyil. Əgər metodologiya nəticəsində əldə ediləcək rəqəmin 98.2 faizi hazır rəqəm kimi formulaya daxil edilibsə, o zaman metodologiyaya nə ehtiyac var?

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar gələn il təxminən 9 faiz artacaq. Qeyri-büdcə sektoru üzrə təxminən 7 faiz artacaq. Gələn ildən qeyri neft və qeyri-dövlət sektoru üzrə gəlir vergisinin 3 faizdən 5 faizədək artırılmasının təsirləri nəzərə alınıbmı? Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə ödənişlərin daha çox artacağı gözləniləndir. Çünki gələn ildən minimum əməkhaqqı da artırılacaq.

2027-ci ilə sair xərclərdə 30 faiz artım nəzərdə tutulub. Bu, xərc maddələri üzrə ən yüksək artım faizidir. Hazırda “sair xərclərin” görünən təsnifatı olmadığı üçün ümumiyyətlə, büdcələrə daxil edilməməsinin müzakirə edildiyi halda, bu maddə üzrə yüksək artım faizi nə ilə bağlıdır?

2027-ci ildə əhaliyə ödənişlər fondun büdcəsində 96.5 faiz çəkiyə malik olacaq. Bu göstərici bu il üçün 96.4 faiz proqnozlaşdırılıb. Cüzi azalma olsa da belə sosial paketin icra olunacağı il üçün müzakirə olunmalı məsələdir. Səbəb icra vəziyyəti ilə bağlıdır? 

Müavinət ödənişlərində gələn il kəskin artımlar olacaq. Uşağın anadan olmasına görə məbləğ 39 milyon 970 min manatda gələn il 84 milyon 10 min manata, 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar ödəniş 10 milyon manatdan 21.4 milyon, dəfn üçün nəzərdə tutulan məbləğ isə 37.6 milyon manatdan  50.5 milyon manata çatdırılacaq. 

Dəfn müavinətləri ödənişlərinin işləməyən şəxslər də dünyasını dəyişəndə ödənilməsi məqsədəuyğun olardı. Mövcud qaydalara əsasən, dövlət qulluqçularına ömürlük, yaşa, əlilliyə və ailə başçısını itirməyə görə verilən müavinətlərdən biri təyin edilmiş, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan, sığortaolunan şəxslər və əmək pensiyaçıları vəfat etdikdə dəfn pulu ödənilir. Amma işləməyən şəxs dünyasını dəyişən zaman onun ailəsinin bu dəstəyə ehtiyacı daha çox olur. Ona görə də həmin ailələrə bu hallarda müavinətin ödənilməsi arzuolunandır.  2025-ci ildə Azərbaycanda dünyasını dəyişənlərin ümumi sayı 33 806 nəfər olmuşdur. Onların 62,6 faizi isə 65 və yuxarı yaşda olub, deməli, əksəriyyəti pensiyaçı olub. Göründüyü kimi, bu, əlavə ciddi izafi xərc yaratmayacaq.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsi xərcləri, eləcə də pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması və sair xidmət haqları xərcləri bu il üçün nəzərdə tutulan 90 milyon 980 min manatdan gələn il 94 milyon 750 min manata çatdırılır. Bu artım ödənişlərdəki ümumi artım ilə bağlıdır, yoxsa bank xərclərində artımlar proqnozlaşdırırsınız?

İşsizlikdən sığorta fondunun xərcləri 319.2 milyon manat olacaq. Onun cəmi 36 milyon manatı işsizliyə görə sığorta ödənişləridir. Yəni 11.5 faizi işsizliyə görə sığorta ödənişidir. Əgər fondun xərclərinin hər 100 manatdan cəmi 11 manatı onun adında qeyd edilən işsizlikdən sığorta üçün istifadə edilirsə, ya fondun xərclərinin strukturunun yenidən təhlili, ya da fondun adının dəyişdirilməsi məqsədəuyğundur.

Göründüyü kimi, fondun vəsaitlərin əhəmiyyətli hissəsi işsizliyə görə sığorta ödənişlərindən kənar istiqamətlərə yönəldiləcək. Aktiv sosial proqramlara daha çox vəsait yönəltdiyini nəzərə alaraq fondun adının dəyişdirilməsi, “Məşğulluq və işsizlikdən sığorta fondu” adlandırılması onun fəaliyyət istiqamətlərinə və eləcə də fəlsəfəsinə daha uyğun olardı”, - deputat bildirib.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

18-11-2024, 11:55

Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri 10 %-dən çox artırılır

Siyasət

30-09-2026, 12:30

Həmin qanun layihəsi müzakirəyə çıxarıldı

Ölkə

26-05-2025, 10:26

Prezident bu şəxsləri əfv etdi - Siyahı

Ölkə

21-10-2025, 10:40

İşləməyənlər icbari tibbi sığortadan - Ödənişli istifadə edə bilər

Ölkə
Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib
Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib
Neftçalanın icra başçısı səyyar qəbul keçirib
Neftçalanın icra başçısı səyyar qəbul keçirib
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
“DOST konsepsiyası Mehriban Əliyevanın təşəbbüsüdür”
“DOST konsepsiyası Mehriban Əliyevanın təşəbbüsüdür”
Siyasət
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
Bu gün, 15:21
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
Bu gün, 13:40
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
“Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır”
Bu gün, 11:43
“Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır”
Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
Bu gün, 10:20
Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
Prezidentdən Kamran İmanovla bağlı - Sərəncam
Dünən, 16:00
Prezidentdən Kamran İmanovla bağlı - Sərəncam
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Dünən, 15:09
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Xəbər Lenti
  • Bu gün, 15:21
    “Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
  • Bu gün, 14:41
    Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib
  • Bu gün, 14:26
    Neftçalanın icra başçısı səyyar qəbul keçirib
  • Bu gün, 14:08
    “İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
  • Bu gün, 14:00
    Paşinyan Türkiyəyə gedəcək - COP31 üçün
  • Bu gün, 13:40
    Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
  • Bu gün, 13:33
    Read Səmədov yarışda üçüncü yeri tutdu
  • Bu gün, 13:16
    Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
  • Bu gün, 13:03
    İş yerində konfliktlərin idarə olunması üsulları
  • Bu gün, 12:56
    “DOST konsepsiyası Mehriban Əliyevanın təşəbbüsüdür”
  • Bu gün, 12:28
    Sökülən binaların sakinlərinə - Şad xəbər
  • Bu gün, 12:19
    Kuryerlər ayda 15 manat vergi ödəyə bilər
  • Bu gün, 12:08
    Şəhid ailələri və müharibə əlillərinə - 600 mənzil alınacaq
  • Bu gün, 12:04
    Zəfər Günü ərəfəsində Yelo Bank komandası 1 milyon ağac hədəfinə qoşuldu
  • Bu gün, 11:59
    Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası
  • Bu gün, 11:46
    Orta aylıq pensiyanın 45 manat artacağı gözlənilir
  • Bu gün, 11:43
    “Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır”
  • Bu gün, 11:30
    Ermənistanla Türkiyə birbaşa ticarətə başlayır
  • Bu gün, 11:13
    FHN-dən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə - Müraciət
  • Bu gün, 11:10
    Həftəsonları bu istiqamətdə əlavə reyslər olacaq
  • Bu gün, 10:41
    Polad Həşimovun anasının vəziyyəti açıqlandı
  • Bu gün, 10:20
    Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
  • Bu gün, 10:12
    Vizasız səfərlər ləğv oluna bilər - Aİ-dən Gürcüstanla bağlı xəbərdarlıq
  • Bu gün, 09:09
    Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi
  • Bu gün, 09:00
    “EDU Company” yüksək nəticə göstərən abituriyentlərinə 20 min pul mükafatı verdi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə