• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

FHN-dən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə - Müraciət

Ölkə

Bu gün, 11:13
FHN-dən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə - Müraciət

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günün ikinci yarısından başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır. Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.

Liderxeber.az xəbər verir ki, FHN-nin yaydığı məluamatda güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

Eləcə də güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Bundan başqa, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.

Eyni zamanda, intensiv yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından, habelə subasmadan qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl etmək lazımdır.

Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün ildırım çaxarkən elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil telefon, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

3-07-2025, 16:03

Nazirlikdən hava ilə bağlı əhaliyə - Müraciət

Cəmiyyət

25-05-2024, 11:51

FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

Ölkə

2-06-2026, 09:21

FHN-dən hava ilə bağlı əhaliyə - Müraciət

Ölkə

23-04-2026, 11:12

Nazirlikdən hava ilə bağlı əhaliyə - Müraciət

Ölkə

2-10-2026, 09:00

Qeyri-sabit hava ilə bağlı əhaliyə - Çağırış

Ölkə
Şəhid ailələri və müharibə əlillərinə - 600 mənzil alınacaq
Şəhid ailələri və müharibə əlillərinə - 600 mənzil alınacaq
FHN-dən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə - Müraciət
FHN-dən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə - Müraciət
Həftəsonları bu istiqamətdə əlavə reyslər olacaq
Həftəsonları bu istiqamətdə əlavə reyslər olacaq
Polad Həşimovun anasının vəziyyəti açıqlandı
Polad Həşimovun anasının vəziyyəti açıqlandı
Siyasət
“Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır”
Bu gün, 11:43
“Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır”
Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
Bu gün, 10:20
Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
Prezidentdən Kamran İmanovla bağlı - Sərəncam
Dünən, 16:00
Prezidentdən Kamran İmanovla bağlı - Sərəncam
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Dünən, 15:09
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində - Foto
Dünən, 12:36
Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində - Foto
Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında əməkdaşlıq müzakirə olundu - Fotolar
Dünən, 17:08
Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında əməkdaşlıq müzakirə olundu - Fotolar
Xəbər Lenti
  • Bu gün, 12:19
    Kuryer və restoranlar üçün yeni vergi güzəştləri
  • Bu gün, 12:08
    Şəhid ailələri və müharibə əlillərinə - 600 mənzil alınacaq
  • Bu gün, 12:04
    Zəfər Günü ərəfəsində Yelo Bank komandası 1 milyon ağac hədəfinə qoşuldu
  • Bu gün, 11:59
    Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası
  • Bu gün, 11:46
    Orta aylıq pensiyanın 45 manat artacağı gözlənilir
  • Bu gün, 11:43
    “Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır”
  • Bu gün, 11:30
    Ermənistanla Türkiyə birbaşa ticarətə başlayır
  • Bu gün, 11:13
    FHN-dən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə - Müraciət
  • Bu gün, 11:10
    Həftəsonları bu istiqamətdə əlavə reyslər olacaq
  • Bu gün, 10:41
    Polad Həşimovun anasının vəziyyəti açıqlandı
  • Bu gün, 10:20
    Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
  • Bu gün, 10:12
    Vizasız səfərlər ləğv oluna bilər - Aİ-dən Gürcüstanla bağlı xəbərdarlıq
  • Bu gün, 09:09
    Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi
  • Bu gün, 09:00
    “EDU Company” yüksək nəticə göstərən abituriyentlərinə 20 min pul mükafatı verdi
  • Bu gün, 00:04
    BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar
  • Bu gün, 00:00
    Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
  • Dünən, 23:58
    Polad Həşimovun anasının səhhətində ciddi problemlər yaranıb
  • Dünən, 16:16
    “15 dəqiqəlik şəhər” - Xırdalan 4 şəhər arasında öndədir
  • Dünən, 16:00
    Prezidentdən Kamran İmanovla bağlı - Sərəncam
  • Dünən, 15:09
    Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
  • Dünən, 14:39
    Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin anım günüdür
  • Dünən, 14:00
    Premyer Liqanın XI turu “Zəfər turu” elan edildi
  • Dünən, 13:45
    Sabah leysan olacaq, qar yağacaq
  • Dünən, 13:15
    “Gələn il dövlət büdcəsinin artımı əsasən vergi daxilolmaları hesabına olacaq”
  • Dünən, 13:08
    Bu müavinətlər artırılır - Əhaliyə şad xəbər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə