• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

“15 dəqiqəlik şəhər” - Xırdalan 4 şəhər arasında öndədir

Ölkə

Bu gün, 16:16
“15 dəqiqəlik şəhər” - Xırdalan 4 şəhər arasında öndədir

Gündəlik getdiyimiz ünvanlara çatmaq üçün 15 dəqiqə kifayət edirmi? 

Friendly City Index (FCI - şəhərlərdə həyat keyfiyyəti indeksi) sakinlərin gündəlik təcrübəsinə əsaslanan beynəlxalq araşdırmadır.

Layihə çərçivəsində sorğu “Bolt”un tərəfdaşlığı ilə “Syno International” şirkəti tərəfindən aparılıb. Layihə nəqliyyatın və xidmətlərin əlçatanlığından maliyyə rifahı və psixoloji sağlamlığadək müxtəlif mövzuları əhatə edir. Məqsəd sakinlərin qarşılaşdığı çətinlikləri və şəhər həyatında nəyin yaxşılaşdırılmasına ehtiyac olduğunu müəyyənləşdirməkdir.

Bəs “15 dəqiqəlik şəhər” nə deməkdir? Konsepsiyanın əsas ideyası iş, təhsil, alış-veriş, səhiyyə və istirahət imkanlarının evə yaxın yerləşməsi və gündəlik ehtiyacları qarşılamaq üçün uzun səfərlərə ehtiyacın azalmasıdır. Konsepsiyanın müəllifi, urbanist Karlos Moreno C40-a (iqlim dəyişikliyinə qarşı birgə fəaliyyət göstərən şəhər merlərinin qlobal şəbəkəsi) verdiyi müsahibədə bunu “məsafələrin qısa olduğu yığcam və dayanıqlı şəhər” kimi təsvir edib.

2025-ci ildə araşdırma doqquz ölkənin 54 şəhərini əhatə edib. 2026-cı ildə isə layihənin əhatəsi 11 ölkə və 62 şəhərə genişlənib. Bu il Azərbaycandan Bakı, Sumqayıt, Xırdalan və Gəncə ilk dəfə araşdırmaya daxil edilib.

İndeksin reytinqlərindən biri sakinlərin gündəlik üz tutduqları ünvanlara 15 dəqiqə ərzində çata bilməsini qiymətləndirir. Bu göstərici üzrə sorğuda iştirak edən dörd Azərbaycan şəhəri arasında Xırdalan öndədir: burada respondentlərin 27%-i həmin müddətdə ünvanlarına çata bildiyini bildirib. Bakıda bu göstərici 14%, Sumqayıt və Gəncədə isə 13% təşkil edir.

Beynəlxalq müqayisədə Xorvatiyanın Pula və Latviyanın Oqre şəhərləri öndədir: hər iki şəhərdə respondentlərin 60%-i gündəlik üz tutduqları ünvanlara 15 dəqiqə ərzində çata bildiyini qeyd edib. Estoniyanın Kohtla-Yarve şəhəri isə 56%-lik göstərici ilə onları izləyir.
Azərbaycanda dörd şəhər üzrə respondentlərin ən çox qeyd etdiyi səfər müddəti 30 dəqiqədir - iştirakçıların 40%-i bu cavabı seçib. Ümumilikdə, respondentlərin 14,6%-i gündəlik ünvanlarına 15 dəqiqə ərzində çatdığını, təxminən hər on nəfərdən biri isə yolda 45–60 dəqiqə keçirdiyini bildirib.

Nəticələr yaş və məşğulluq vəziyyətinə görə də fərqlənir. 18–24 yaşlı respondentlərin hər beşindən biri gündəlik ünvanlarına 15 dəqiqə ərzində çatır. Bu, yaş qrupları arasında ən yüksək göstəricidir. Tam ştatla çalışanların, tələbələrin və müstəqil çalışanların təxminən 42–45%-i səfərlərinə adətən 30 dəqiqə sərf edir.

Ailə vəziyyəti üzrə də fərqlər müşahidə olunur. Uşağı olan respondentlərin 24,7%-i gündəlik ünvanlarına 15 dəqiqə ərzində çatdığını bildirib. Subay respondentlərdə bu göstərici 14,4%, evli və ya partnyoru ilə yaşayanlar qrupunda isə 9,4% olub.

“Reytinqlərimiz sadə və şəffafdır: hər reytinqdə şəhərlər sakinlərin eyni suala verdiyi cavablar əsasında sıralanır. Məqsədimiz sakinlərin səsini daha geniş auditoriyaya çatdırmaqdır. Medianı, ekspertləri və şəhər rəhbərlərini vaxtaşırı bu nəticələrə müraciət etməyə və şəhər həyatı ilə bağlı müzakirələrdə onlardan istifadə etməyə dəvət edirik”, - “Bolt”un Azərbaycandakı ictimaiyyətlə əlaqələr üzrə meneceri Nigar Kazımova bildirib.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

13-03-2025, 10:22

“Bu, Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş kimi rolunu gücləndirəcək”

Ölkə

12-08-2024, 11:33

Bakı ilk dəfə olaraq İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi edəcək

Ölkə

3-09-2026, 17:02

Tibb işçilərinin maaşlarının artırılması regionlarda həkim çatışmazlığını azaldacaq

Ölkə
“15 dəqiqəlik şəhər” - Xırdalan 4 şəhər arasında öndədir
“15 dəqiqəlik şəhər” - Xırdalan 4 şəhər arasında öndədir
Sabah leysan olacaq, qar yağacaq
Sabah leysan olacaq, qar yağacaq
Bu müavinətlər artırılır - Əhaliyə şad xəbər
Bu müavinətlər artırılır - Əhaliyə şad xəbər
Yaşayış binasında yanğın - Sakinlər təxliyə olundu - Fotolar
Yaşayış binasında yanğın - Sakinlər təxliyə olundu - Fotolar
Siyasət
Prezidentdən Kamran İmanovla bağlı - Sərəncam
Bu gün, 16:00
Prezidentdən Kamran İmanovla bağlı - Sərəncam
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Bu gün, 15:09
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində - Foto
Bu gün, 12:36
Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində - Foto
Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında əməkdaşlıq müzakirə olundu - Fotolar
Dünən, 17:08
Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında əməkdaşlıq müzakirə olundu - Fotolar
Prezident bu Agentliyin əsasnamə və strukturunu - Təsdiqlədi
Dünən, 16:13
Prezident bu Agentliyin əsasnamə və strukturunu - Təsdiqlədi
Əli Kərimli ilə müavininin məhkəməsi başladı
Dünən, 15:31
Əli Kərimli ilə müavininin məhkəməsi başladı
Xəbər Lenti
  • Bu gün, 16:16
    “15 dəqiqəlik şəhər” - Xırdalan 4 şəhər arasında öndədir
  • Bu gün, 16:00
    Prezidentdən Kamran İmanovla bağlı - Sərəncam
  • Bu gün, 15:09
    Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
  • Bu gün, 14:39
    Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin anım günüdür
  • Bu gün, 14:00
    Premyer Liqanın XI turu “Zəfər turu” elan edildi
  • Bu gün, 13:45
    Sabah leysan olacaq, qar yağacaq
  • Bu gün, 13:15
    “Gələn il dövlət büdcəsinin artımı əsasən vergi daxilolmaları hesabına olacaq”
  • Bu gün, 13:08
    Bu müavinətlər artırılır - Əhaliyə şad xəbər
  • Bu gün, 12:36
    Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində - Foto
  • Bu gün, 12:20
    ASA doktorantının məqaləsi beynəlxalq nəşrdə dərc olunub
  • Bu gün, 11:50
    Samvel və Narek Karapetyanın evlərində axtarış aparılır
  • Bu gün, 11:47
    İrandan ABŞ-dəki seçkilərə - Reaksiya
  • Bu gün, 11:26
    Yaşayış binasında yanğın - Sakinlər təxliyə olundu - Fotolar
  • Bu gün, 11:08
    Əmək qabiliyyətini müvəqqəti itirənlərə bu qədər ödəniş veriləcək
  • Bu gün, 10:57
    Qəbələdə ölkənin ən böyük qastronomiya tədbiri baş tutdu - Qastronomiya Sammiti 2026
  • Bu gün, 10:00
    Telefon işığı beynimizi aldadırmış - Yuxusuz gecələrin səbəbi...
  • Bu gün, 09:30
    ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır - Demokratlar öndədir - Yenilənir
  • Bu gün, 09:23
    Proxima Group-un yeni rəsmi veb-saytı istifadəyə verilib
  • Bu gün, 09:15
    Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin nəzərinə!
  • Bu gün, 09:07
    Şəhər meydanına “Trampı öldürəcəyik” banneri asdılar - Fotolar
  • Bu gün, 09:00
    PSJ-dən darmadağın, “Qalatasaray”dan inamlı qələbə - ÇL-də gecənin nəticələri
  • Dünən, 19:17
    Sürücülərin NƏZƏRİNƏ! - Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq
  • Dünən, 19:15
    AQC: Bakıda daşınmaz əmlak qiymətləri illik müqayisədə əhəmiyyətli dərəcədə artıb
  • Dünən, 18:54
    Metroda 16 milyondan çox sərnişin daşındı
  • Dünən, 18:11
    AQTA-dan ailə kəndli təsərrüfatlarına dəstək - VİDEO
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə