• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Bakı ilk dəfə olaraq İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi edəcək

Ölkə

12-08-2024, 11:33
Bakı ilk dəfə olaraq İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi edəcək

Bakı şəhəri ilk dəfə olaraq İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi edəcək.

Bu barədə Liderxeber.az-a COP29 Azərbaycan Əməliyyat Şirkətinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın noyabrda COP29-a ev sahibliyi etməyə hazırlaşdığı bir vaxtda paytaxt Bakı şəhəri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı ərəfəsində cəmiyyəti maarifləndirərək səfərbər etmək məqsədilə ilk İqlim Fəaliyyəti Həftəsinə hazırlıq görür.
COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarainin təşəbbüsü ilə təşkil olunan Bakı İqlim Fəaliyyəti Həftəsi 30 sentyabr bazar ertəsindən 4 oktyabr cümə gününə qədər keçiriləcək.

"Hazırda dünyanın şəhər səviyyəli ən böyük ictimai iqlim tədbiri - London İqlim Fəaliyyəti Həftəsi ilə əməkdaşlıq çərçivəsində təşkil olunan Bakı İqlim Fəaliyyəti Həftəsində yüksək səviyyəli beynəlxalq konfransların, eləcə də çoxtərəfli yerli və icma yönümlü tədbirlərin keçirilməsi planlaşdırılır.
COP29 Sədrliyinin sıx qrafiki fonunda keçiriləcək Bakı İqlim Fəaliyyəti Həftəsi iqlim dəyişmələri ilə mübarizə sahəsində həm Bakı şəhəri, həm də ümumilikdə Azərbaycan tərəfindən görülən genişmiqyaslı işləri, habelə iqlim fəaliyyətinə dəstək olmaq üçün beynəlxalq əməkdaşlığın təşviqini ön plana çəkəcək", - deyə məlumatda qeyd edilib.

Məlumatda vurğulanıb ki, Bakı İqlim Fəaliyyəti Həftəsi Azərbaycanda iqlim dəyişmələrinə qarşı mübarizə tədbirlərini sürətləndirmək üçün dövlət səviyyəsində aparılan müzakirələrin genişləndirilməsi baxımından növbəti əhəmiyyətli mərhələdir. İqlim Fəaliyyəti Həftəsi siyasi lider və şirkət rəhbərlərindən tutmuş yerli icma və gənclərə qədər hər kəsi cəlb etməklə yanaşı, Azərbaycanın iqlim dəyişmələrindən irəli gələn cari problemlərini həll etmək və “yaşıl” keçidin təklif etdiyi imkanları araşdırmaq üçün maarifləndirici və stimullaşdırıcı platforma olacaqdır.

Bakı İqlim Fəaliyyəti Həftəsinə start veriləcəyini elan edən COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai qeyd edib ki, Azərbaycan cari ilin noyabrında COP29 konfransına ev sahibliyi etməkdən şərəf duyur və COP29 Sədrliyi iqlim dəyişmələri ilə bağlı ambisiyaları artırmaq və fəaliyyətə təkan vermək üçün bu tədbirin uğurlu olmasına çalışır:

"Bizə məlumdur ki, həm şəhərlər, həm də özəl sektor iqlim həllərinin inkişaf etdirilməsi və beynəlxalq diplomatiyaya dəstək göstərilməsində əsas rol oynayır. Məhz buna görə də, COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu olaraq mən və COP29 Sədrliyi ilk Bakı İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi etməkdən qürur duyuruq".

COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev qeyd edib ki, Azərbaycan üçün bu qədər önəmli bir ildə Bakı İqlim Fəaliyyəti Həftəsinin keçirilməsi ölkəmizdə iqlim dəyişmələrinə qarşı mübarizəni sürətləndirmək məqsədilə dövlət səviyyəsində aparılan müzakirələrin genişləndirilməsi baxımından növbəti mühüm mərhələdir:

"Azərbaycan örnək olmaq istəyir və COP29-un ambisiyaları artırmaq və fəaliyyətə təkan vermək məramı üçün həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələr üzərilərinə düşən rolu layiqincə yerinə yetirməlidir. Cari ilin noyabr ayında Bakıda keçiriləcək COP29 konfransında dünya ölkələrini qarşılamaq üçün hazırlıq gördüyümüz bir ərəfədə Bakı İqlim Fəaliyyəti Həftəsi kimi tədbirlər siyasi lider və şirkət rəhbərlərindən tutmuş yerli icma və gənclərə qədər hər kəsi bir arada toplayaraq maarifləndirici və stimullaşdırıcı platformanı təmin edir, biz isə Azərbaycanın iqlim dəyişmələrindən irəli gələn cari problemlərinin həllini və “yaşıl” keçidin təklif etdiyi imkanların araşdırılmasını davam etdiririk. Azərbaycanın strateji konsepsiyasına uyğun olaraq, paytaxt Bakı şəhəri də bərpa olunan enerji texnologiyalarının araşdırılmasını və tətbiqini davam etdirir. Həmçinin, “yaşıl” keçidin faydaları barədə məlumatlılığı həm yerli, həm də beynəlxalq səviyyədə artırmaq üçün insanları bir araya gətirmək müsbət bir təşəbbüsdür. Ümidvarıq ki, Bakı İqlim Fəaliyyəti Həftəsi COP29-a doğru böyük bir addım olmaqla yanaşı, cəmiyyətdə iqlim fəaliyyətini səfərbər etmək əzmimizi də əyani şəkildə sərgiləyəcək".

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov isə vurğulayıb ki, həm Bakı şəhəri, həm də ümumilikdə Azərbaycan üçün maraqlı və önəmli bir ildə bu cür genişmiqyaslı və yüksək profilli tədbiri təşkil və idarə etmək bizim üçün qürurverici vəzifədir:

"Noyabr üçün hazırlıqlar davam edir və biz COP29 konfransını dünya səviyyəli tədbirlərdən biri kimi təşkil etmək üçün hazırlıq işlərini qrafikə uyğun davam etdiririk. Artıq Bakı şəhəri qlobal konfranslara ev sahibliyi sahəsində təcrübəlidir və bu il də belə olacaq, yəni Bakı İqlim Fəaliyyəti Həftəsi bu ənənənin yeni davamına çevriləcəkdir. Bakı İqlim Fəaliyyəti Həftəsinin ilk tədbiri üçün nəzərdə tutulmuş məkanlar Bakının zəngin mədəni irsinin müxtəlif aspektlərini vurğulamaqla yanaşı, qədim bir şəhər ilə keçid dövründə olan bir ölkənin hekayəsini anlatmağa kömək etmək məqsədilə seçilib.”

London İqlim Fəaliyyəti Həftəsi ilə Bakı İqlim Fəaliyyəti Həftəsi arasında əməkdaşlıqla bağlı London İqlim Fəaliyyəti Həftəsinin təsisçisi və sədri, iqlim dəyişmələri sahəsində göstərdiyi səylərə və COP26 (BB) Sədrliyinə göstərdiyi dəstəyə görə Britaniya İmperiyası Ordeninə (OBE) layiq görülmüş Nik Mabey bildirib ki, COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu və onun komandasını 22-30 iyun 2024-cü il tarixlərində Londonda keçirilmiş İqlim Fəaliyyəti Həftəsində qəbul etdikləri üçün məmnundurlar:

"Londonda cəmiyyətin bütün təbəqələrini səfərbər edən bu unikal model Oklend, Sidney və Dublin kimi şəhərlərdə də bənzər həftələrin keçirilməsinə stimul verib. İndi isə Bakıda bu layihə üzərində işləmək bizim üçün qürurverici haldır".

Bakı İqlim Fəaliyyəti Həftəsinin proqram direktoru Malini Mehri isə qeyd edib ki, dünya ictimaiyyətinin də görəcəyi kimi, Bakı qeyri-adi gözəlliyi olan və “yaşıl” keçid tarixində mühüm rol oynayacaq bir şəhərdir.:

"Biz COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu, COP29 Sədrliyi, Bakı şəhəri, əsas maraqlı tərəflər və yerli icmalarla birlikdə Bakı İqlim Fəaliyyəti Həftəsinin ilk tədbirini həyata keçirməkdən çox məmnunuq. Bu, COP29 ərəfəsində Bakı ilə tərəfdaşlıq üçün əlamətdar bir hadisə olacaq!".

Builki tədbirin əsas mövzuları “Enerji keçidi”, “Şəhərlər/Urbanizasiya olunmuş mühitlər”, “Su təhlükəsizliyi”, “Qida və Kənd təsərrüfatı”, “Kiçik və Orta biznes müəssisələri” və “Yaşıl bacarıqlar” olacaq. Həftənin birinci yarısında tədbirdə dövlət qurumları, elmi dairələr və özəl sektor nümayəndələri iştirak edəcək, ikinci yarısında isə incəsənət və mədəniyyət tədbirləri təşkil olunacaqdır. Daha ətraflı məlumat və Bakı İqlim Fəaliyyəti Həftəsinin proqramı tezliklə www.bakuclimateactionweek.az veb-saytında yerləşdiriləcək.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Dünya

3-07-2024, 18:05

Astanada Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə qəbul olunub

Ölkə

3-06-2024, 10:05

Bakı daha bir mötəbər tədbirə ev sahibliyi edir

Ölkə

26-01-2024, 17:32

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib - FOTO

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə
Martın ilk gününün havası
Martın ilk gününün havası
Azərbaycanda zəlzələ oldu
Azərbaycanda zəlzələ oldu
ANAMA-ya yeni vəzifə həvalə edildi
ANAMA-ya yeni vəzifə həvalə edildi
Martda hava necə olacaq?
Martda hava necə olacaq?
Siyasət
Rusiya Azərbaycana yeni ticarət nümayəndəsi təyin etdi
Bu gün, 08:45
Rusiya Azərbaycana yeni ticarət nümayəndəsi təyin etdi
“Birinci vitse-prezidentin rəhbərliyi bu sektora böyük maliyyə ayrılmasını gücləndirəcək”
Dünən, 16:47
“Birinci vitse-prezidentin rəhbərliyi bu sektora böyük maliyyə ayrılmasını gücləndirəcək”
2026-2028-ci illər üçün Fəaliyyət Planı təsdiqləndi
Dünən, 15:11
2026-2028-ci illər üçün Fəaliyyət Planı təsdiqləndi
Prezidentlə Efiopiyanın Baş naziri geniş tərkibdə görüşdü
Dünən, 13:05
Prezidentlə Efiopiyanın Baş naziri geniş tərkibdə görüşdü
İran Azərbaycanla sərhəd boyunca uçuş xəbərdarlığı elan etdi
Dünən, 14:00
İran Azərbaycanla sərhəd boyunca uçuş xəbərdarlığı elan etdi
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
25-02-2026, 12:41
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Xəbər Lenti
  • Bu gün, 13:39
    Martın ilk gününün havası
  • Bu gün, 12:17
    İran da İsrailə zərbə endirdi - Yenilənib
  • Bu gün, 11:35
    Trampdan İrana hücumla bağlı ilk - Açıqlama
  • Bu gün, 11:10
    Uzunömürlü olmaq üçün hansı qidanı az yeməliyik? - Mütəxəssisdən tövsiyə
  • Bu gün, 11:03
    İsraillə ABŞ İrana zərbə endirdi
  • Bu gün, 10:17
    Bu qidalar ürəyi sağlam saxlayır
  • Bu gün, 09:38
    Arda Turandan UEFA-ya - Çağırış
  • Bu gün, 09:14
    İran zənginləşdirilmiş uranla bağlı ABŞ-nin tələbini qəbul etdi
  • Bu gün, 09:00
    Elşən Binəqədi vəfat etdi - Meyiti morqda qaldı
  • Bu gün, 08:45
    Rusiya Azərbaycana yeni ticarət nümayəndəsi təyin etdi
  • Bu gün, 07:41
    Azərbaycanda zəlzələ oldu
  • Dünən, 17:28
    ANAMA-ya yeni vəzifə həvalə edildi
  • Dünən, 16:47
    “Birinci vitse-prezidentin rəhbərliyi bu sektora böyük maliyyə ayrılmasını gücləndirəcək”
  • Dünən, 16:07
    Martda hava necə olacaq?
  • Dünən, 16:00
    “Qalatasaray” “Liverpul”a rəqib oldu
  • Dünən, 15:44
    “Bu istiqamətdən gəlirlər 3 milyard 258 milyon manata çatıb” - Yenilənib
  • Dünən, 15:11
    2026-2028-ci illər üçün Fəaliyyət Planı təsdiqləndi
  • Dünən, 14:48
    Əfqanıstan Pakistanda hərbi obyektlərə zərbə endirdi - Ölən və yaralananlar var
  • Dünən, 14:29
    Bakıda yük maşını qatara çırpıldı, sürücü öldü - Video - Yenilənib
  • Dünən, 13:46
    Millimizin Avropa çempionatında rəqibləri bu axşam bəlli olacaq
  • Dünən, 13:10
    Bakıya sulu qar yağacaq
  • Dünən, 13:05
    Prezidentlə Efiopiyanın Baş naziri geniş tərkibdə görüşdü
  • Dünən, 12:09
    COVID-19-dan sonra təhlükə: Yeni fəsad üzə çıxdı
  • Dünən, 12:00
    Artıq bu məqsədlə torpaq alınması da dövlət ehtiyacı sayılacaq
  • Dünən, 11:49
    Rüblük bəyannamə təqdim edənlərin nəzərinə!
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə