VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi və UNESCO-nun təşəbbüsü ilə “Weaving the Carpet of Harmony” kitabının təqdimat mərasimi keçirilib.
Nəşrdə sülhün təşviqi, mədəniyyətlərarası dialoqun inkişafı və qarşılıqlı anlaşmanın gücləndirilməsinə həsr olunan seçilmiş müəlliflərin məqalələri yer alıb.
Təqdimatda ölkəmizi Azərbaycan İdman Akademiyasının (ASA) doktorantı, Gənc Sülh Səfiri Nərmin Seyidova təmsil edib. Onun “Sülh və multikulturalizm siyasət və sosial praktika kimi: Azərbaycanın modelinə gənclərin baxışı” adlı məqaləsi beynəlxalq nəşrə daxil edilib.




