• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Türkiyədə yaşamaq istəyən investorların nəzərinə! - Qaydalar dəyişdi

İqtisadiyyat

Bu gün, 13:47
Türkiyədə yaşamaq istəyən investorların nəzərinə! - Qaydalar dəyişdi

Türkiyədə yaşamaq istəyən xarici investorlar üçün yeni qaydalar tətbiq olunacaq.

Liderxeber.az xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qanun imzalayıb.

Yeni Qanuna əsasən, yaşayış icazəsinin müddəti investisiyanın məbləğindən asılı olacaq.

Belə ki, ən azı 150 000 ABŞ dolları (255 000 AZN) investisiya yatıran əcnəbilər 3 illik, ən azı 200 000 ABŞ dolları (340 000 AZN) investisiya yatıranlar isə 5 illik yaşayış icazəsi üçün müraciət edə biləcək.

Qeyd olunub ki, investisiyanın yalnız ABŞ dolları ilə həyata keçirilməsi tələb olunmur. Digər xarici valyutalarla ödənilən vəsaitlər də qəbul ediləcək. Lakin investisiyanın məbləği müəyyən edilmiş minimum həddə uyğun olmalıdır.

Xarici investorlar bank depozitləri, dövlət istiqrazları, müəyyən edilmiş investisiya fondları və fərdi pensiya sistemi vasitəsilə sərmayə qoya biləcəklər. Həmçinin investisiya məbləğinin tələb olunan müddət ərzində qorunub saxlanılması şərti də nəzərdə tutulur. Belə ki, 3 illik yaşayış icazəsi üçün investisiya ən azı 18 ay, 5 illik icazə üçün isə minimum 30 ay qorunmalıdır.

Bildirilir ki, müəyyən edilmiş məbləğdə investisiya yatırmaq yaşayış icazəsinin avtomatik verilməsi demək deyil. Müraciət edən şəxslər müvafiq qanunvericilikdə və Prezident qərarında nəzərdə tutulan digər tələblərə də cavab verməlidirlər.

Yeni Qanuna əsasən, onlar yaşayış icazəsi üçün müraciət edərkən Türkiyədə fəaliyyət göstərən banklarda depozit yerləşdirə biləcək, depozit yerləşdirən xarici vətəndaşlar digər şərtlərə də əməl etməklə yaşayış icazəsi üçün müraciət edə biləcəklər.

Yaşayış icazəsi verilməsini nəzərdə tutan yeni qaydalar investorların müəyyən ailə üzvləri - həyat yoldaşı və yetkinlik yaşına çatmayan övladlarına da şamil olunacaq.

Həmçinin müəyyən edilmiş məbləğdə investisiya yatıraraq 3 və ya 5 illik yaşayış icazəsi əldə edən əcnəbilər avtomatik olaraq Türkiyə vətəndaşlığı hüququ qazanmayacaq.

Qeyd olunub ki, Türkiyə vətəndaşlığının investisiya əsasında əldə olunması isə ayrıca qanunvericiliklə tənzimlənir.

Türkiyədə investisiya əsasında yaşayış icazəsi verilməsi ilə bağlı prosedur və şərtlərin müəyyənləşdirilməsi Daxili İşlər Nazirliyinə həvalə olunub.

Xatırladaq ki, 3 il əvvəl Türkiyədə yaşayış icazəsi əldə etmək üçün alınmalı olan daşınmaz əmlakın minimum qiymətinin artırılacağı ilə bağlı məlumat yayılmışdı. Vətəndaşlıq əldə etmək üçün alınmalı olan daşınmaz əmlakın minimum qiymətinin 600 min dollar təşkil edəcəyi qeyd olunmuşdu. Türkiyədə daşınmaz əmlak alaraq vətəndaşlıq əldə etmək imkanı 2017-ci ildən mümkündür.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Siyasət

30-09-2026, 12:30

Həmin qanun layihəsi müzakirəyə çıxarıldı

Ölkə

5-11-2026, 13:16

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Ölkə

Dünən, 16:53

Saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

İqtisadiyyat

5-02-2026, 12:26

Qiymətdən daha önəmlisi - Azərbaycanda dayanıqlı avtomobil bazarının formalaşdırılmasıdır

Ölkə
İşdən çıxarılan müəllimlərin çoxu ibtidai sinif müəllimləridir
İşdən çıxarılan müəllimlərin çoxu ibtidai sinif müəllimləridir
Azərbaycanda pensiyaçıların sayı azalıb
Azərbaycanda pensiyaçıların sayı azalıb
Ögey qardaşı tərəfindən öldürüldüyü deyilən Gülarənin
Ögey qardaşı tərəfindən öldürüldüyü deyilən Gülarənin
8 Noyabr prospektindən keçən kollektorda bərpa işləri yekunlaşır - Fotolar
8 Noyabr prospektindən keçən kollektorda bərpa işləri yekunlaşır - Fotolar
Siyasət
“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”
Bu gün, 12:23
“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”
Hərbi qulluqçulara ali hərbi rütbələr təqdim edildi - Fotolar
Dünən, 10:12
Hərbi qulluqçulara ali hərbi rütbələr təqdim edildi - Fotolar
Dövlət qulluqçuları bu halda pedaqoji fəaliyyətlə məşğul ola biləcək
16-11-2026, 12:28
Dövlət qulluqçuları bu halda pedaqoji fəaliyyətlə məşğul ola biləcək
Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü
11-11-2026, 13:30
Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü
Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
11-11-2026, 12:14
Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
10-11-2026, 09:54
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
Xəbər Lenti
  • Bu gün, 14:00
    Tramp Çinə getdi
  • Bu gün, 13:47
    Türkiyədə yaşamaq istəyən investorların nəzərinə! - Qaydalar dəyişdi
  • Bu gün, 13:18
    İşdən çıxarılan müəllimlərin çoxu ibtidai sinif müəllimləridir
  • Bu gün, 12:23
    “Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”
  • Bu gün, 11:47
    Azərbaycanda pensiyaçıların sayı azalıb
  • Bu gün, 11:40
    Ögey qardaşı tərəfindən öldürüldüyü deyilən Gülarənin
  • Bu gün, 11:34
    8 Noyabr prospektindən keçən kollektorda bərpa işləri yekunlaşır - Fotolar
  • Bu gün, 11:12
    Qələbə dairəsində hərəkətdə dəyişiklik edildi
  • Bu gün, 11:00
    Biləcəridəki Dəmiryol Xəstəxanası sökülür
  • Bu gün, 10:11
    Matçda zərbədən huşunu itirən gənc futbolçu öldü
  • Bu gün, 09:37
    Ramiz Mehdiyev cəzasından narazıdır - Şikayət verdi
  • Bu gün, 09:05
    ASCO-da su polisi ilə birgə müşavirə keçirildi - Foto
  • Dünən, 17:38
    “Gələn il sosialyönümlü xərclərdə növbəti artımlar olacaq”
  • Dünən, 17:07
    Azərbaycan millisi nəhayət ki, xal qazandı
  • Dünən, 16:53
    Saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
  • Dünən, 16:45
    Məzuniyyətlə bağlı yeni qaydalar
  • Dünən, 15:49
    Azərbaycanı dünya çempionatında bu şahmatçılar təmsil edəcək
  • Dünən, 14:37
    Millimiz İraqla qarşılaşır
  • Dünən, 13:48
    Nazirlikdə bu qayda dəyişdi - Anar Bayramov rayonlara gedir
  • Dünən, 13:19
    “Kəpəz” – “Qarabağ” matçına 1 gün ərzində rekord sayda bilet satıldı
  • Dünən, 13:01
    DİA ilə bağlı iddialara - Rəsmi cavab
  • Dünən, 12:00
    Gələn ildən gəlir vergisi bu qədər olacaq
  • Dünən, 11:43
    Dərsliklərin ictimai müzakirəsi ilə bağlı - Açıqlama
  • Dünən, 11:18
    Azərbaycanın bu təşəbbüsü COP31-də yüksək qiymətləndirildi - Fotolar
  • Dünən, 11:12
    İcbari sığorta müqavilələri üzrə bildirişlər artıq “mygov” vasitəsilə də təqdim olunur
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə