• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

“Süni intellekt peşə təhsilinə elə də ciddi təsir etmir” - Nazir

Ölkə

Bu gün, 15:21
“Süni intellekt peşə təhsilinə elə də ciddi təsir etmir” - Nazir

“Təhlillər göstərir ki, süni intellekt daha çox ali təhsil və akademik təhsil tələb edən peşələrə təsir göstərəcək. Peşə təhsilinə isə elə də ciddi təsir etmir və bu o deməkdir ki, peşə təhsilinə olan tələb daha uzun müddət davam edəcək” .

Liderxeber.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “Peşə Təhsili Forumu 2026” çərçivəsində keçirilən “Dəyişən iqtisadiyyat, dəyişən bacarıqlar: Gələcəyin insan kapitalının yetişdirilməsi” panel müzakirəsində sualları cavablandırarkən bildirib.

O qeyd edib ki, vacib olan məqam işəgötürənlərin tələblərinə cavab verən işçi qüvvəsinin əmək bazarına daxil olmasıdır: “Peşə təhsili sistemimizin yekun benefisiarı əmək bazarıdır. Ona görə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olaraq peşə təhsilinin inkişaf istiqamətlərini, o cümlədən nazirliyin həyata keçirdiyi peşə hazırlığının inkişafını peşə təhsili və peşə hazırlığı proqramlarının beynəlxalq əmək bazarının tələb və standartlarına uyğunlaşdırılmasında görürük”.

Şəxsin peşəkar inkişafının daha çox onun bacarıqlarının təkmilləşməsi ilə bağlı olduğunu qeyd edən nazir beynəlxalq əmək bazarının tələblərinə uyğun peşə və kvalifikasiya standartlarının hazırlanması prosesinin aparıldığını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən artıq mindən çox peşə və kvalifikasiya standartının hazırlandığını və nazirliyin reyestrinə daxil edildiyini diqqətə çatdırıb.

Anar Əliyev bildirib ki, Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən il ərzində 500 minə yaxın işsiz və işaxtaran şəxslə iş aparılır: “Bu işin mühüm hissəsini əmək bazarının tələblərinə uyğun bilik və bacarıqların işçi qüvvəsinə öyrədilməsi, işçi qüvvəsinin bilik və bacarıqlarının artırılması və işəgötürənlərlə bu şəxslərin əlaqələndirilməsi təşkil edir. Peşəyönümü məsləhət xidməti də bu istiqamətdə olduqca vacib vasitədir. Uşaqlarımız, şagirdlərimiz daha erkən yaşlardan gələcəkdə hansı istiqamətdə çalışa biləcəklərini, əmək bazarında hansı sahələrdə fəaliyyət göstərə biləcəklərini bilməlidirlər”.

Nazirlik tərəfindən hər il təxminən 18-20 min şəxsin peşə hazırlığı kurslarına cəlb edildiyini deyən Anar Əliyev 2019-cu ildən peşə hazırlığında adambaşına maliyyələşmə mexanizminə keçildiyini, bunun nəticəsi olaraq peşə hazırlığı sahəsində özəl sektorla əməkdaşlığın genişləndiyini vurğulayıb. O, peşə hazırlığına cəlb olunan şəxslərin sayının 2030-cu ilədək hər il 25 minə çatdırılmasının hədəfləndiyini qeyd edib.

Nazir 2017-ci ildən Azərbaycanda qeyri-formal məşğulluğun azaldılması istiqamətində sistemli və davamlı tədbirlərin həyata keçirildiyini qeyd edib.

Bildirib ki, bu tədbirlər nəticəsində ölkədə əmək müqavilələrinin sayı 600 minə yaxın artıb: “Bu, təxminən 46-47 faiz artım deməkdir. Eyni zamanda, əməkhaqqı fondu üç dəfədən çox artıb”.

Anar Əliyev formal məşğulluğun səviyyəsinin artmasının işçi qüvvəsinin bilik və bacarıqlarının artırılması üçün də yeni imkanlar yaratdığını, əmək müqaviləsi bağlanan işçilərin bilik və bacarıqlarının artırılması üçün də işəgötürənlər tərəfindən müəyyən işlərin aparıldığını deyib.

O, işğaldan azad edilmiş ərazilərdə məşğulluğun təminatının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin başlıca fəaliyyət istiqamətlərindən olduğunu, Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən işəgötürənlərlə nazirlikdə mütəmadi görüşlərin keçirildiyini deyib.

Qeyd edib ki, bu əməkdaşlıq çərçivəsində həmin işəgötürənlərdəki vakansiyalara uyğun işçi qüvvəsinin işlə təminatı həyata keçirilir, həmçinin həmin vakansiyalar üzrə tələb olunan bilik və bacarıqların işçi qüvvəsinə öyrədilməsi üçün peşə kursları təşkil olunur.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

14-01-2026, 16:07

“Bu il 4 bakalavr tələbəmiz TAU-da işlə təmin olunub”

Ölkə

16-11-2026, 16:56

Ölkəmizdə ilk dəfə Milli Məşğulluq Forumu keçirilir - Fotolar

İqtisadiyyat

7-09-2026, 11:49

Uğurlu HR strategiyası necə qurulur? Ekspert açıqlaması

Ölkə

23-10-2026, 14:30

Əmək münasibətlərində şikayətlər, hüquqi problemlər və münaqişələrin həlli: 

Ölkə
“Süni intellekt peşə təhsilinə elə də ciddi təsir etmir” - Nazir
“Süni intellekt peşə təhsilinə elə də ciddi təsir etmir” - Nazir
Azərbaycanda odunla qızdırılan məktəb qalmayıb
Azərbaycanda odunla qızdırılan məktəb qalmayıb
İşdən çıxarılan müəllimlərin çoxu ibtidai sinif müəllimləridir
İşdən çıxarılan müəllimlərin çoxu ibtidai sinif müəllimləridir
Azərbaycanda pensiyaçıların sayı azalıb
Azərbaycanda pensiyaçıların sayı azalıb
Siyasət
“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”
Bu gün, 12:23
“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”
Hərbi qulluqçulara ali hərbi rütbələr təqdim edildi - Fotolar
Dünən, 10:12
Hərbi qulluqçulara ali hərbi rütbələr təqdim edildi - Fotolar
Dövlət qulluqçuları bu halda pedaqoji fəaliyyətlə məşğul ola biləcək
16-11-2026, 12:28
Dövlət qulluqçuları bu halda pedaqoji fəaliyyətlə məşğul ola biləcək
Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü
11-11-2026, 13:30
Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü
Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
11-11-2026, 12:14
Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
10-11-2026, 09:54
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
Xəbər Lenti
  • Bu gün, 16:12
    Azərbaycan güləşçiləri Ermənistana gedəcək
  • Bu gün, 16:00
    Çində Putinlə Tramp arasında qısa söhbət
  • Bu gün, 15:21
    “Süni intellekt peşə təhsilinə elə də ciddi təsir etmir” - Nazir
  • Bu gün, 14:23
    Sumqayıtda həkimlər 45 dəqiqəlik mübarizədən sonra pasiyenti həyata qaytarıblar - VİDEO
  • Bu gün, 14:17
    Azərbaycanda odunla qızdırılan məktəb qalmayıb
  • Bu gün, 14:00
    Tramp Çinə getdi
  • Bu gün, 13:47
    Türkiyədə yaşamaq istəyən investorların nəzərinə! - Qaydalar dəyişdi
  • Bu gün, 13:18
    İşdən çıxarılan müəllimlərin çoxu ibtidai sinif müəllimləridir
  • Bu gün, 12:23
    “Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”
  • Bu gün, 11:47
    Azərbaycanda pensiyaçıların sayı azalıb
  • Bu gün, 11:40
    Ögey qardaşı tərəfindən öldürüldüyü deyilən Gülarənin
  • Bu gün, 11:34
    8 Noyabr prospektindən keçən kollektorda bərpa işləri yekunlaşır - Fotolar
  • Bu gün, 11:12
    Qələbə dairəsində hərəkətdə dəyişiklik edildi
  • Bu gün, 11:00
    Biləcəridəki Dəmiryol Xəstəxanası sökülür
  • Bu gün, 10:11
    Matçda zərbədən huşunu itirən gənc futbolçu öldü
  • Bu gün, 09:37
    Ramiz Mehdiyev cəzasından narazıdır - Şikayət verdi
  • Bu gün, 09:05
    ASCO-da su polisi ilə birgə müşavirə keçirildi - Foto
  • Dünən, 17:38
    “Gələn il sosialyönümlü xərclərdə növbəti artımlar olacaq”
  • Dünən, 17:07
    Azərbaycan millisi nəhayət ki, xal qazandı
  • Dünən, 16:53
    Saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
  • Dünən, 16:45
    Məzuniyyətlə bağlı yeni qaydalar
  • Dünən, 15:49
    Azərbaycanı dünya çempionatında bu şahmatçılar təmsil edəcək
  • Dünən, 14:37
    Millimiz İraqla qarşılaşır
  • Dünən, 13:48
    Nazirlikdə bu qayda dəyişdi - Anar Bayramov rayonlara gedir
  • Dünən, 13:19
    “Kəpəz” – “Qarabağ” matçına 1 gün ərzində rekord sayda bilet satıldı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə