• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Uşaqlardakı eşitmə probleminin səbəbləri açıqlanıb

Ölkə

3-03-2023, 11:19
Uşaqlardakı eşitmə probleminin səbəbləri açıqlanıb

Uşaqlarda eşitmə problemi bir neçə səbəbdən yarana bilər. Erkən yaşlarda keçirilən virus infeksiyası və yoluxucu xəstəliklərdən sonra eşitmə problemi yaranma riski yüksəkdir.

Liderxəbər xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, otorinolarinqoloq Vəfa Pənahian Mustafa bildirib. Onun sözlərinə görə, adətən uşaq xəstəliklərinin müalicəsində antibiotiklərdən istifadə olunur. Eyni zamanda, bilmək lazımdır ki, antibiotiklər eşitmə sinirinə toksik təsir göstərir və onların yüksək dozalarda istifadəsi erkən yaşlarda ağıreşitmənin və karlığın yaranmasına səbəb ola bilər. Yəni, antibiotiklər uşaqlara ehtiyatla təyin olunmalıdır.

Digər tərəfdən, uşaqlarda burun tənəffüsünü çətinləşdirən udlaq badamcığının böyüməsi eşitmə qabliyyətinin pozulmasına səbəb olur. Belə ki, adenoid adlanan udlaq badamcığı burunudlağa açılan eşitmə borusunun qabağını tutaraq eşitmə probleminə səbəb olur. Yaranmış problem cərrahi müdaxilə ilə aradan qaldırılır.

O bildirib ki, eşitmə problemlərinin yaranmasında bir çox səbəblər rol oynayır və yaş həddindən asılı deyil:

“Əsas səbəblərdən antibiotiklərin nəzarətsiz istifadəsi, boyun fəqərələrinin osteoxondrozu, şəkərli diabet, küylü mühit, kəllə-beyin zədələnmələri və s. qeyd etmək olar. Adətən ağıreşitmə anadangəlmə və sonradan qazanılmış olur. Yenidoğulmuşlarda anadangəlmə ağıreşitmə ananın hamiləlik zamanı keçirdiyi xəstəliklərdən, travmatik, kimyəvi və toksik təsirlərdən əmələ gələ bilər. Bundan əlavə, ağıreşitmə və karlığın anadangəlmə forması valideynlər arasında bağlanan qohum nigahları nəticəsində yarana bilər. Xəstəliyin əmələ gəlməsində irsiyətin böyük əhəmiyyəti var. Belə ki, eşitmə qabiliyyətinin anadangəlmə pozulmaların 11 %-i genetik səbəbdən yaranır.

Sonradan qazanılma ağıreşitmə keçirilən xəstəliklər nəticəsində yarana bilər. Burada əsasən virusların mənşəyi mühüm rol oynayır. Ümumi müqavimətin zəifləməsi və endokrin pozulmalar xəstəliyin inkişafına təkan verir. Bəzi hallarda ani eşitmə itkisi müşahidə olunur. Bu, arterial təzyiqinin yüksəlməsi və eşitmə orqanına qansızma nəticəsində əmələ gəlir.

Ağıreşitmə və karlığın digər növü yaşla əlaqədardır və “Presbiacusis” adlanır. Adətən bu növ ağıreşitmə 50 yaşdan sonra başlayır və qocalıqda tam karlıqla nəticələnə bilər. Beynəlxalq standartlara əsasən, ağıreşitmənin 5 dərəcəsi var: yüngül, orta, ağır, çox ağır və karlıq. Ağıreşitmənin ən ağır dərəcəsi karlıq sayılır”.

Həkimin sözlərinə görə, müalicə üsullarına tabe olmayan hallarda eşitmə cihazlarından istifadə olunur:

“Eşitmə qabiliyyətinin bir sıra pozulmaları zamanı müalicə üsullarından istifadə edərək, müsbət nəticə əldə etmək olur. Digər xəstəliklər cərrahi müdaxilələr vasitəsilə aradan qaldırılır. Hər iki müalicə növünə tabe olmayan xəstəlik eşitmə sinirində olan pozulmalardır. Bu pozulmalar sensonevral ağıreşitmə və karlıq adlanır. Xəstəliyə bütün yaşlarda rast gəlinə bilər.
Eşitmə cihazlarının iki növü olur: analoqlu və rəqəmsal. Analoqlu cihazlar səsgücləndirici rolunu yerinə yetirirlər və artıq gündəmdən çıxırlar. Rəqəmsal cihazlar isə fərdi qaydada seçilir və müayinə aparılandan sonra təyin olunur. Rəqəmsal tipli cihazlar eşitmə pozulması olan zonanı bərpa edir, qulaqda əlavə küyləri aradan qaldırır. Cihaz bir və ya hər iki qulağa tədbiq oluna bilər”.

Mütəxəssis həkim deyib ki, qulaq cərrahiyyəsində bir sıra eşitmə bərpaedici əməliyyatlar var:

“İnsanın eşitmə orqanı səskeçirici və səs qəbuledici hissələrdən ibarətdir. Səskeçirici hissəsində yaranan xəstəliklər zamanı cərrahi əməliyyatlar müsbət nəticə verir. Bu əməliyyatlar xarici qulaq kanalında, təbil pərdəsində, eşitmə sümükcüklərində və təbil boşluğunda aparılır. Ötən əsrin axırlarından cərrahi müdaxilələr daxili qulaqda müvəfəqiyyətlə tətbiq edilməyə başlayıb. Daxili qulaqda səs qəbuledici orqanın pozulmaları zamanı ilbizə elektrod yeridilir və beləliklə səs dalğaları birbaşa eşitmə reseptorlarına ötürülür. Bu eşitmənin bərpaedici əməliyyatı koxlear implantasiya adlanır”.

Həkim deyib ki, təbil pərdəsi adlanan qulaq pərdəsinin zədələnmələri, o cümlədən pərdədə dəliyin yaranması tibbi dildə perforasiya adlanır:

“Təbil pərdəsi dörd səbəbdən zədələnə bilər: Kəsici və deşici alətlər vasitəsi ilə xaricdən törədilən zədə nəticəsində; Təbil pərdəsinin arxasında orta qulaq adlanan hissədə irinli və iltihabı proseslər nəticəsində; Məişətdə rast gəlinən kəllə-beyin travması və gicgah sümüklərinin sınığı nəticəsində; Xarici qulağa yad cisimlər daxil olanda və orada uzun müddət yerləşəndə təbil pərdəsi zədələnə bilər.
Əlbəttə, sadalanan səbəblər nəticəsində təbil pərdəsində yaranan zədələrdən eşitmə qabiliyyətinin tam itkisi müşahidə olunmur. Bu halda eşitmənin bir qədər azalması izlənilir və xəstələr adətən qulaqda küyü və öz səslərinin əks-sədasını eşidirlər”.

Eşitmənin itirilməsinin profilaktikası üçün məsləhətlərini bölüşən həkim qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, dünyanın 10% əhalisi eşitmə pozulmalarından əziyyət çəkir:

“Bu, xəstəliyin bir çox səbəbləri ilə yanaşı vaxtında profilaktik tədbirlərin olmaması ilə bağlıdır. Eşitmə itkisinin profilaktikası üçün ilk öncə sağlam həyat tərzi aparmaq lazımdır. Bu anlayış küylü mühitdən, toksik faktorlardan, antibiotiklərin həddsiz təyin edilməsindən qorunmaq deməkdir. Eyni zamanda, yanaşı xəstəlikləri olan şəxslərə aktiv hərəkət və burun tənəffüsünün bərpası vacib amillərdən biridir. Yuxarı tənəffüs yollarının virus infeksiyası zamanı aviasəyahətlərdən mümkün qədər qorunmaq vacibdir.

Eşitmə itkisinin profilaktikası dedikdə, eşitmə qabiliyyətinin zamanında yoxlanılması nəzərdə tutulur. Eşitmənin vaxtında elektroakustik aparatla müayinəsi məqsədəuyğun hesab olunur. Bu müayinə üsulu audiometriya adlanır. Eşitmə problemləri yaşayan və 50 yaşdan yuxarı şəxslərə audiometriya müayinəsi ildə 1-2 dəfə aparılmalıdır”.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

3-03-2023, 11:30

Azərbaycanda ürək və qan-damar xəstəlikləri üzrə ölüm sayında artım müşahidə olunur

Ölkə

8-02-2023, 15:21

Azərbaycanda yeni virus yayılıb

Siyasət

2-02-2023, 21:31

Azərbaycan və Rumıniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Ölkə

21-02-2023, 11:33

Elektrik enerjisi istehlakçılarının hüquqları artırılır

Dünya

3-02-2023, 10:53

Doşabın bu faydalarını bilirdinizmi?

Ölkə
Həmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar
Həmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar
Temperatur 10° enəcək - Xəbərdarlıq
Temperatur 10° enəcək - Xəbərdarlıq
Neftçalada Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub
Neftçalada Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub
Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi
Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi
Siyasət
“Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk”
Bu gün, 11:19
“Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk”
Kərim Vəliyev iranlı generalla görüşdü - Foto
Dünən, 17:48
Kərim Vəliyev iranlı generalla görüşdü - Foto
Azərbaycan və Gürcüstan Ali məhkəmələri arasında Memorandum imzalandı - Fotolar
Dünən, 15:25
Azərbaycan və Gürcüstan Ali məhkəmələri arasında Memorandum imzalandı - Fotolar
Ombudsman haqqında qanuna dəyişiklik edilir
Dünən, 12:50
Ombudsman haqqında qanuna dəyişiklik edilir
Həmin qanun layihəsi müzakirəyə çıxarıldı
Dünən, 12:30
Həmin qanun layihəsi müzakirəyə çıxarıldı
Payız sessiyası başladı
Dünən, 11:52
Payız sessiyası başladı
Xəbər Lenti
  • Dünən, 17:59
    Həmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar
  • Dünən, 17:02
    Tbilisiyə hər gün 2 reys olacaq - Biletlər 36 manatdan başlayır...
  • Dünən, 16:38
    “Qarabağ” “Zirə” ilə qarşılaşacaq
  • Dünən, 16:11
    Temperatur 10° enəcək - Xəbərdarlıq
  • Dünən, 15:21
    Bakıda üzgüçülük üzrə Dünya Kuboku başladı - Fotolar
  • Dünən, 15:17
    Neftçalada Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub
  • Dünən, 15:17
    Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi
  • Dünən, 14:19
    “Manatlıq” taksilərə qadağa qoyuldu - İnsanlar yollarda qaldı
  • Dünən, 14:00
    Sabah leysan yağacaq - 02.10.2026
  • Dünən, 13:49
    Kaliforniyada uşaq evlilikləri qadağan edildi - 32 ştatda hələ də qalır
  • Dünən, 13:00
    Ciblərə valyuta axanda “yeməyi, suyu olmayan fələstinlilərin ahı” yada düşmür
  • Dünən, 11:56
    Beynəlxalq turnirin ikinci günündə komandamız 7 medal qazandı - Fotolar
  • Dünən, 11:19
    “Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk”
  • Dünən, 10:24
    Prezidentdən AQEM Media Forumunun iştirakçılarına müraciət
  • Dünən, 10:17
    İki ölümcül iynəyə tab gətirdi - Edamı bu səbəbdən baş tutmadı
  • Dünən, 09:20
    Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik
  • Dünən, 09:00
    ABŞ-nin enerji layihələrinə 200 milyard yatıracaqla
  • Dünən, 08:41
    Zığ şosesində yük maşını aşdı - Yenilənib
  • Dünən, 17:48
    Kərim Vəliyev iranlı generalla görüşdü - Foto
  • Dünən, 16:44
    Tbilisidə Azərbaycan bayrağı olan stend aşırdılıb - Fotolar
  • Dünən, 16:30
    20 min manatlıq limitlə bağlı yenidən dəyişiklik ediləcək - Yenilənib
  • Dünən, 15:25
    Azərbaycan və Gürcüstan Ali məhkəmələri arasında Memorandum imzalandı - Fotolar
  • Dünən, 13:47
    Bakıda professor Ziya Səlcuqun ustad dərsi keçiriləcək
  • Dünən, 13:36
    Həbsdə “lüks həyat” yaşayır - Məhbuslar ona yemək bişirir
  • Dünən, 12:50
    Ombudsman haqqında qanuna dəyişiklik edilir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə