• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Qanlı 20 Yanvar faciəsindən 33 il ötür

Ölkə

20-01-2023, 07:14
Qanlı 20 Yanvar faciəsindən 33 il ötür


Qanlı Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin ildönümüdür.

LiderXəbər-in xəbərinə görə, Qanlı Yanvar hadisələrindən 33 il ötür.

1987-ci ilin sonlarında yenidən ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasına yönəlmişdi. Keçmiş Sovet İttifaqının iki respublikası arasında başlanan bu münaqişə XIX–XX yüzilliklərdə ermənilərin Azərbaycan torpaqlarında ardıcıl məskunlaşdırılması, habelə xalqımıza qarşı məqsədyönlü şəkildə aparılmış etnik təmizləmə və soyqırımı siyasətinin növbəti mərhələsi idi.

Ermənistan SSR-nin respublikamıza ərazi iddialarına, radikal erməni millətçiləri tərəfindən qızışdırılan separatizmə və soydaşlarımız əleyhinə törədilən kütləvi zorakılıqlara SSRİ rəhbərliyinin bilavasitə və ya dolayısı ilə dəstək verməsi, habelə Azərbaycanın o zamankı rəhbərlərinin cinayətkar qətiyyətsizliyi və milli maraqlara zidd addımları xalqımızı respublikanın ərazi bütövlüyünün qorunması naminə ayağa qalxmağa sövq etdi. Beləliklə, respublikada geniş sosial spektrli xalq hərəkatı yarandı və proseslərin gedişi onun tədricən milli azadlıq hərəkatına çevrilməsinə zəmin yaratdı.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb.

Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub. Qoşunların qanunsuz yeridilməsi həm də dinc əhali arasında kütləvi həbslərlə müşayiət olunub. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib. Hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib.

Sovet qoşunlarının hərəkətlərində 1945-1946-cı illərdə keçirilmiş və tarixə Nürnberq prosesi kimi düşmüş beynəlxalq

tribunalda pislənilən bütün əlamətlər müşahidə edilib. Ümumilikdə, Azərbaycanın 150 nəfər 20 Yanvar şəhidi var.

Həmin qətliamdan bir gün sonra, yanvarın 21-də xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini və Azərbaycanın yarıtmaz rəhbərliyini kəskin ittiham edən bəyanat verdi. Azərbaycan xalqının məruz qaldığı bu dəhşətli və amansız terroru dünyanın mütərəqqi qüvvələri də qətiyyətlə pislədi.

Azərbaycanda vaxtında dərindən araşdırılmayan və adekvat qiymətini almayan faciəyə yalnız bir neçə il sonra ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Azərbaycan Respublikası Prezidentinin “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 1994 cü il 5 yanvar tarixli Fərmanında Milli Məclisə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.

1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin Vətən müharibəsində əldə edilmiş Tarixi Zəfər ilə həm də 20 Yanvar şəhidlərinin narahat ruhları dinclik tapdı. Bu gün Azərbaycan xalqının milli ideyası tarixi torpaqlarına qayıdışı nəzərdə tutur. Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri gedir, artıq Zəngilanın Ağalı kəndi ilə Böyük Qayıdış başlayıb, bu il qayıdış prosesi daha da sürətlənəcək.

Azərbaycanlı qaçqınlar Ermənistandakı əzəli yurd yerlərinə də qayıdacaqlar, 20 Yanvar hadisələrindəki milli müqavimət nümunələri, 30 illik dövr ərzində işğalla barışmazlıq və 2020-ci ilin Vətən müharibəsində əldə edilmiş Tarixi Zəfər, Ermənistanın diz çökdürülməsi bu ümidləri daha da gücləndirir.

Artıq Prezident İlham Əliyev Qərbi Azərbaycana qayıdışı yeni prioritet kimi müəyyən edib.

Xatırladaq ki, hər il 20 Yanvar Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd edilir.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

19-01-2023, 23:06

Jalə Əhmədova: “20 yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına mühüm təsir göstərdi

Siyasət

11-01-2023, 10:17

Nazir: "Ermənistan sülh prosesinə müxtəlif təxribatlarla maneçilik törədir"

İqtisadiyyat

7-01-2023, 15:34

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara vergi təşviqləri verilib

Ölkə

10-01-2023, 16:40

Görkəmli alim Əsəd Musayevin yubileyi qeyd olunub

Ölkə

12-01-2023, 06:57

Xankəndi-Laçın yolunda aksiya şaxtalı havada da fasiləsiz davam edir

Ölkə
“Məktəbdə fənn müəllimləri çatışmır, dərslər boş keçir” - Açıqlama
“Məktəbdə fənn müəllimləri çatışmır, dərslər boş keçir” - Açıqlama
Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən - “Hacı” tutuldu
Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən - “Hacı” tutuldu
Oktyabrda hava necə olacaq?
Oktyabrda hava necə olacaq?
“Roşka”nın 5 il həbsi tələb edildi
“Roşka”nın 5 il həbsi tələb edildi
Siyasət
Yeni icra başçısı kollektivə təqdim olundu - Fotolar
Bu gün, 16:51
Yeni icra başçısı kollektivə təqdim olundu - Fotolar
Azərbaycanlılara qarşı etnik təmizləmənin BMT müstəvisində müzakirəsi - Fotolar
Bu gün, 10:50
Azərbaycanlılara qarşı etnik təmizləmənin BMT müstəvisində müzakirəsi - Fotolar
Ərdoğan Əliyevə zəng edib
Dünən, 09:44
Ərdoğan Əliyevə zəng edib
İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - Fotolar
26-09-2026, 12:00
İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - Fotolar
“30 ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür”
26-09-2026, 10:28
“30 ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür”
“Bu gün iki mühüm müqavilə imzalanacaq” - Prezident açıqladı
26-09-2026, 09:47
“Bu gün iki mühüm müqavilə imzalanacaq” - Prezident açıqladı
Xəbər Lenti
  • Dünən, 17:47
    Rusiya müdafiə xərclərini rekord səviyyəyə çatdıracaq - KİV
  • Dünən, 17:20
    “Məktəbdə fənn müəllimləri çatışmır, dərslər boş keçir” - Açıqlama
  • Dünən, 16:51
    Yeni icra başçısı kollektivə təqdim olundu - Fotolar
  • Dünən, 16:31
    Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən - “Hacı” tutuldu
  • Dünən, 16:03
    Oktyabrda hava necə olacaq?
  • Dünən, 15:13
    Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Putin qərar imzaladı
  • Dünən, 14:10
    “Roşka”nın 5 il həbsi tələb edildi
  • Dünən, 14:04
    İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
  • Dünən, 13:24
    Bu küçələrdə avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
  • Dünən, 13:06
    Bu yay qeyri-çimərlik ərazilərində 59 nəfər suda boğulub
  • Dünən, 12:27
    QHT-lər arasında aqrar sahədə elmi və sosial tərəfdaşlığın inkişafına dair Memorandum imzalanıb
  • Dünən, 12:25
    Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
  • Dünən, 11:59
    Bu yay qeyri-çimərlik ərazilərində 64 nəfər suda boğulub
  • Dünən, 11:36
    Bakıdakı bu evlər işarələnib, söküləcəyi gözlənilir
  • Dünən, 11:03
    İran nüvə müqaviləsindən çıxır?
  • Dünən, 10:50
    Azərbaycanlılara qarşı etnik təmizləmənin BMT müstəvisində müzakirəsi - Fotolar
  • Dünən, 10:19
    İngiltərə Çexiyaya, İspaniya Xorvatiyaya qarşı
  • Dünən, 10:07
    Cəlilabadda ev yanıb kül oldu
  • Dünən, 10:00
    Bu ərazilərə yağış yağır
  • Dünən, 09:29
    Çindən Yaponiyaya sərt xəbərdarlıq
  • Dünən, 08:57
    İran həmin xəbərləri təkzib etdi
  • Dünən, 17:23
    Maşınla 13 yaşlı oğlanı vurub öldürdü - Yenilənib
  • Dünən, 16:40
    Naxçıvan reysləri təxirə salındı
  • Dünən, 16:33
    Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
  • Dünən, 16:25
    Küləklə bağlı - Xəbərdarlıq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə