• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Rəqəmsal uçot sistemi vətəndaşlara - Hansı üstünlükləri verəcək?

İqtisadiyyat

Bu gün, 14:12
Rəqəmsal uçot sistemi vətəndaşlara - Hansı üstünlükləri verəcək?

Əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması, vətəndaşların rifah halının yüksəldilməsi, bu istiqamətdə həyata keçirilən ünvanlı dövlət dəstəyi tədbirlərinin daha səmərəli təşkili baxımından ev təsərrüfatlarının vəziyyəti haqqında dolğun və etibarlı məlumatların əldə edilməsi mühüm əhəmiyyət daşıyır.

Liderxeber.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ev təsərrüfatlarının uçotu ölkəmizdə ötən əsrin 40-cı illərindən kənd, 2012-ci ildən isə şəhər və qəsəbə yaşayış məntəqələrində inzibati ərazi dairələri üzrə nümayəndəliklər tərəfindən hər il aparılır. Uçot hər bir ev təsərrüfatı üzrə sorğu yolu ilə həyata keçirilir, məlumatlar ailələrin faktiki yaşayış və təsərrüfat vəziyyəti əsasında qeydə alınır. Bu zaman təsərrüfatların istifadəsində və mülkiyyətində olan torpaq sahələri, əmlak və digər müvafiq göstəricilər uçota götürülür. Bu proses uzun illərdir, mövcud olan ənənəvi uçot tədbiridir və onun məqsədi əmlakın yoxlanılması və ya mülkiyyət hüquqlarının araşdırılması deyil, ölkə üzrə ev təsərrüfatlarının real vəziyyəti haqqında dolğun məlumatların əldə edilməsidir.

Ev təsərrüfatlarının uçotu sahəsində həyata keçirilən tədbirlər nəticəsində əhalinin yaşayış şəraiti, sosial təminatı, məşğulluğu, fərdi təsərrüfat fəaliyyəti, xüsusilə kənd təsərrüfatı ilə bağlı dəqiq məlumat bazası formalaşdırılır, dövlət siyasətinin, o cümlədən sosial dəstək tədbirlərinin əhalinin real ehtiyaclarına uyğun həyata keçirilməsi üçün zəruri informasiya təminatı yaradılır.

Uçot məlumatları ölkədə demoqrafik vəziyyətin, əhalinin sayının və yaş strukturunun, ailə tərkibinin və miqrasiya proseslərinin öyrənilməsi, əhalinin faktiki yaşayış yerləri üzrə məlumatların dəqiqləşdirilməsi baxımından əsas informasiya mənbələrindən biridir. Bu məlumatlar daxili yerdəyişmənin, urbanizasiya prosesinin, kənd və şəhərlərdə məskunlaşma meyllərinin, xüsusilə ucqar kəndlərdə əhali sakinliyinin, daimi yaşayış yerinin dəyişməsinin müəyyənləşdirilməsinə imkan verir. Eyni zamanda, əhalinin faktiki sayı və yaşayış ünvanları barədə məlumatlarının dəqiqləşdirilməsi seçici siyahılarının aktuallaşdırılmasına və siyahıyaalmanın düzgün təşkilinə də xidmət edir.

Yaşayış məntəqələri üzrə sosial-iqtisadi vəziyyətin ətraflı öyrənilməsi regional inkişaf proqramlarının, sosial infrastrukturun təkmilləşdirilməsi və əhalinin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin real tələbat əsasında planlaşdırılmasına, dövlət resurslarından səmərəli istifadəyə xidmət edir.

Uçot məlumatları sosial müdafiəyə ehtiyacı olan ailələrin müəyyənləşdirilməsi, onların gəlir və məşğulluq vəziyyətinin qiymətləndirilməsi, eləcə də sosial xidmətlərə əlçatanlığının artırılması üçün daha əsaslandırılmış qərarlar qəbul etməyə, dövlət dəstəyinin ümumi meyarlarla deyil, yaşayış məntəqələrinin və müxtəlif sosial qrupların konkret ehtiyacları əsasında həyata keçirilməsinə şərait yaradır.

Uçotun elektronlaşdırılması və dövlət informasiya sistemləri ilə inteqrasiyası nəticəsində aidiyyəti dövlət qurumları aztəminatlı ailələr və onların sosial vəziyyəti barədə məlumatları birbaşa əldə etməklə, ünvanlı dövlət sosial yardımının və digər dəstək tədbirlərinin ehtiyacı olan şəxslərə yönəldilməsinin daha operativ təşkilinə nail olacaqlar. Bu yanaşma kənar vasitəçilərə ehtiyacı aradan qaldırmağa imkan verəcək, dövlət xidmətlərinə çıxışı asanlaşdıracaq, sosial dəstəyin birbaşa ehtiyac sahibi ailələrə çatdırılmasını təmin etməklə vətəndaş məmnunluğunu yüksəldəcək.

Əldə olunan məlumatlar əhalinin məşğulluq imkanlarının genişləndirilməsi, fərdi təsərrüfatların və kənd təsərrüfatı fəaliyyətinin dəstəklənməsi, gəlir mənbələrinin artırılması istiqamətində məqsədyönlü tədbirlərin hazırlanmasına imkan verəcəkdir. Nəticə etibarilə, dövlət proqramlarının və sosial-iqtisadi layihələrin real ehtiyaclara uyğun planlaşdırılması və nəticələrinin qiymətləndirilməsi, habelə əhalinin rifahına təsirinin artırılması üçün etibarlı informasiya bazası yaradılacaqdır.

Ev təsərrüfatlarının uçotu nəticəsində əldə olunan məlumatlar eyni zamanda gənclər, qadınlar və ailələrlə bağlı dövlət siyasətinin və müvafiq proqramların hazırlanmasına, qadınların məşğulluğunun artırılmasına, gənclərin iqtisadi və sosial imkanlarının genişləndirilməsinə, demoqrafik inkişafın təşviqinə yönəlmiş tədbirlərin müəyyənləşdirilməsinə əsas yaradır.

Uçotun rəqəmsallaşdırılması prosesi sadələşdirməklə yanaşı, vətəndaşların məlumat təqdim etməsi ilə bağlı inzibati yükünü də azaldacaq. Əvvəllər yalnız sorğu yolu ilə toplanan məlumatların bir hissəsi növbəti ildən dövlət informasiya sistemlərindən əldə ediləcək, bununla da eyni məlumatların vətəndaşlardan təkrar tələb olunmasının qarşısı alınacaq, uçot prosesi daha operativ və səmərəli təşkil ediləcək.

2027-ci ildən etibarən ev təsərrüfatlarının uçotu planşetlər vasitəsilə tam elektron qaydada həyata keçiriləcəkdir. Məlumatlar vahid informasiya sistemində cəmləşdiriləcək və Elektron Hökumət İnformasiya Sistemi ilə inteqrasiya olunacaqdır. Vətəndaşlar ev təsərrüfatlarına dair məlumatları ilə hər hansı sorğu etmədən proaktiv qaydada “mygov” platforması üzərindən “bir pəncərə” prinsipi əsasında tanış ola biləcəklər.

Fərdi məlumatların işlənilməsi, istifadəsi və mühafizəsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçiriləcək, onların təhlükəsizliyi və konfidensiallığı təmin olunacaq.

Beləliklə, ev təsərrüfatlarının uçotu yalnız məlumatların toplanması deyil, əhalinin real ehtiyaclarının müəyyənləşdirilməsi, dövlət xidmətlərinin əlçatanlığının artırılması, sosial müdafiənin gücləndirilməsi və dövlət resurslarının daha səmərəli bölüşdürülməsi üçün mühüm vasitədir. Uçotun nəticələri əsasında qəbul edilən qərarlar dövlət dəstəyinin hər bir ailənin faktiki vəziyyətinə uyğunlaşdırılmasına, vətəndaşların rifahının yüksəldilməsinə və ölkənin sosial-iqtisadi inkişafının daha düzgün planlaşdırılmasına xidmət edəcək.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

28-06-2024, 12:53

Milli Məclis Azərbaycanda aqrar təyinatlı torpaqlarda tikililərlə bağlı yeni qaydanı qəbul edib

Siyasət

15-10-2026, 11:53

Bakının Əhmədli kəndinin tarixindən bəhs edən əsər işıq üzü görüb

Ölkə

26-01-2024, 17:32

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib - FOTO

Ölkə

4-08-2025, 17:29

Azərbaycanda tikinti proseduru sadələşdirildi

Ölkə
Paytaxtda qışa hazırlıqla bağlı müşavirələr keçirilir - Fotolar
Paytaxtda qışa hazırlıqla bağlı müşavirələr keçirilir - Fotolar
“BBG Energy”də rəhbərlik yenidən formalaşdırıldı - Yeni təyinatlar
“BBG Energy”də rəhbərlik yenidən formalaşdırıldı - Yeni təyinatlar
Media və Yayım Şurası media subyektlərinə çağırış etdi
Media və Yayım Şurası media subyektlərinə çağırış etdi
Tikilən və təmir edilən məktəblərin sayı açıqlandı - Yenilənib
Tikilən və təmir edilən məktəblərin sayı açıqlandı - Yenilənib
Siyasət
Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü
11-11-2026, 13:30
Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü
Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
11-11-2026, 12:14
Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
10-11-2026, 09:54
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
Bu gün Azərbaycanda Zəfər Günüdür
8-11-2026, 01:54
Bu gün Azərbaycanda Zəfər Günüdür
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
7-11-2026, 14:18
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
Prezidentlə xanımı Cəbrayıla getdi
6-11-2026, 12:59
Prezidentlə xanımı Cəbrayıla getdi
Xəbər Lenti
  • Bu gün, 14:27
    Paytaxtda qışa hazırlıqla bağlı müşavirələr keçirilir - Fotolar
  • Bu gün, 14:12
    Rəqəmsal uçot sistemi vətəndaşlara - Hansı üstünlükləri verəcək?
  • Bu gün, 13:26
    “BBG Energy”də rəhbərlik yenidən formalaşdırıldı - Yeni təyinatlar
  • Bu gün, 13:18
    Media və Yayım Şurası media subyektlərinə çağırış etdi
  • Bu gün, 13:02
    Tikilən və təmir edilən məktəblərin sayı açıqlandı - Yenilənib
  • Bu gün, 13:00
    22° isti... - Sabahın havası
  • Bu gün, 12:56
    Həştərxanda Ümummilli Liderin adını daşıyan məktəbin 15 illiyi qeyd olundu - Fotolar
  • Bu gün, 12:27
    İdmançımız Avropa ikincisi oldu - Fotolar
  • Bu gün, 10:08
    Qocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı
  • Bu gün, 09:49
    Kriminal şəbəkənin rəhbəri Azərbaycanda tutuldu - Türkiyə mediası
  • Bu gün, 09:23
    Turistlərin bol olduğu ölkədə ingilis dilini niyə bilməyəsən?
  • Bu gün, 09:15
    İran Bəhreyndəki ABŞ radar sistemini vurdu
  • Bu gün, 09:10
    “Microsoft” çökdü - Bu sistemlər işləmir
  • Bu gün, 09:05
    Tehrandan dünyaya atalar sözü ilə - Sərt xəbərdarlıq
  • Bu gün, 08:59
    Bu gün millimizin oyunu var
  • Dünən, 17:56
    Bu məhsullar bahalaşıb - Siyahı
  • Dünən, 17:37
    “İranla razılaşmaya ehtiyacımız yoxdur”
  • Dünən, 17:02
    Azərbaycan boksçusu Olimpiya 2-cisi oldu
  • Dünən, 16:34
    “Pilotların təlimi üçün təyyarələr alınacaq”
  • Dünən, 16:18
    Küləklə bağlı - Xəbərdarlıq
  • Dünən, 15:46
    Bakıda daha bir böyük tədbir keçiriləcək
  • Dünən, 15:00
    İndoneziyanın vitse-prezidenti saxta diplom qalmaqalına görə istefa verdi
  • Dünən, 14:12
    Bu ödənişin 50 faizini sahibkarlar üçün dövlət ödəyəcək
  • Dünən, 13:30
    9 ayda ölkəyə ən çox bu mallar gətirilib - Siyahı
  • Dünən, 12:22
    100-dən çox 150 illik ağacları kəsən dəstəyə qarşı əməliyyat keçirildi - Video
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə