• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Turistlərin bol olduğu ölkədə ingilis dilini niyə bilməyəsən?

Dünya

Bu gün, 09:23
Turistlərin bol olduğu ölkədə ingilis dilini niyə bilməyəsən?

Dünyanın quru ərazisinin 1/16 hissəsini tutan Çini elə ayrı dünya da saymaq olar. Mərkəzi Asiya bitən kimi qərbə tamamilə yad olan bir mədəniyyət ölkəsi başlayır. Uzaq şərqin mərkəzi, dünya iqtisadiyyatının beşiklərindən biri…

Bakıdan uyğur türklərinin də yaşadığı Urumçi şəhərinə 4 saatlıq uçuşumuzdan sonra daha bir daxili reyslə Nankin şəhərinə yollanmalı idik. 3 ölkənin üzərindən keçib gəldiyimiz məsafədən daha çoxunu Çinin üzərində uçduq. Təxminən 4 saat 10 dəqiqəlik uçuşdan sonra Nankin şəhərinə çatdıq. 

Bizi qarşılayan çinli isə hotel sahibi idi. Həm hoteli var, həm də gələn qonaqlarını özü qarşılayırdı. 1 saatlıq yolda bu barədə bütün söhbətləri isə tərcümə proqramı vasitəsilə etdik. Çünki çinlilər ingilis dilini bilmir və öyrənməyə də cəhd etmirlər. Dünya iqtisadiyyatına hökm etməyə çalışan bu nəhəng ölkə, yəqin ki, öz dilini də beynəlxalq platformaya daşımaq niyyətindədir. Yoxsa saysız-hesabsız turistin gəldiyi ölkədə ingilis dilini niyə bilməyəsən?!

Nankinə gəlincə, bu şəhər Çin tarixinin məbədlərindən biridir. Üç dəfə ölkənin paytaxtı olub. 1368-1421-ci illərdə Min Sülaləsi hakimiyyətdə olub və Nankini paytaxt elan edib. Bu imperatorluğun 700 illik sarayı da tarixi abidə kimi qorunub saxlanılır.

20-ci əsrdə şəhər ikinci dəfə paytaxt elan edilib. 1927-1937-ci illərdə ölkənin mərkəzi şəhəri olub. 1937-ci ildə Yaponiya ordusu Nankini işğal edib və şəhərdə tarixə “Nankin qətliamı” kimi düşən faciə baş verib.

1946-1949-cu illərdə isə üçüncü dəfə bu statusu daşıyıb.

Şəhərin mərkəzi digər şəhərlər kimi, ticarət obyektləri ilə doludur. Müxtəlif çoxmərtəbəli və böyük ticarət mərkəzləri diqqət çəkir. Bir tərəfində gecəqondulara oxşayan məhəllələr, bir tərəfində isə bambaşqa həyat hökm sürür.

Türk restoranı axtarmaq adı ilə həmin gecəqondulara tərəf üz tutduq və yerli restoranların pis qoxusunun təsiri altında geri qayıtmalı olduq. Məqsədimiz dadsız mətbəxin içində ağız dadımıza uyğun nəsə tapmaq idi. Sonra beynəlxalq restoranlar şəbəkəsindən birinə daxil olduq. Bakıdakı yemək sifarişlərimizin eynisini versək də, yenə dad çinlilərin özünə uyğun idi. Görünür, onu da özününküləşdirmək istəyirlər. Qiymət isə Bakı ilə müqayisədə 2 dəfə az idi.

Burada hər şey çin dilində yazıldığı üçün harasa getmək üçün taksidən başqa seçimimiz qalmır. İctimai nəqliyyatda yazılanları başa düşmək mümkünsüzdür.

Taksi qiymətləri elə də baha deyil. Amma beynəlxalq taksi şəbəkələrinin heç biri burada çalışmır. Ödəniş üçün də kartları işlətmək çətindir. Bunun üçün müxtəlif proqramlardan və yerli taksi proqramlarından istifadə etmək lazımdır. Yəni Çinə səfərin varsa, bir neçə gün Bakıda hazırlıq görməlisən.

Nankinin ən görməli yerlərindən biri “Konfutsi Məbədi” sayılır. Ora ayaq basarkən Çinə gəldiyimizi iliyimizə qədər hiss etdik: insan tıxacı və bu ölkəni ehtiva edən müxtəlif restoranlar və ticarət mərkəzləri. Özünəməxsus işıqları ilə bəzədilmiş müxtəlif aksesuarlı turistik məkanlar göz oxşayırdı. Qinhuai çayında gəmi gəzintisi isə 100 yuandır (25 manat). Amma o gəzintini etməmək çox şey qaçırmaqdır. Müxtəlif tarixi heykəllərin yerləşdiyi çayın sahilini ancaq içindəki gəmi gəzintisi ilə edərək görə bilərsən.

Burada ən diqqətçəkən məqam Çin xalq geyimlərində foto çəkdirən insanlardır. Bunu müxtəlif qiymətlərə edə bilərsən.

Hazırda Çinin paytaxtı Pekin “Şimal paytaxtı” adını daşıyırsa, Nankin “Cənub paytaxtı” kimi tanınır.Nankinin ən möhtəşəm mənzərələrindən biri dünyanın üçüncü ən uzun çayı Yantszının sahilləridir. Böyük tankerlərin hərəkət etdiyi bu nəhəng çay həm də ticarət limanları ilə məşhurdur. Üzərindəki Nankin Yantszı çayı körpüsü də dünyada məşhurdur. Təxminən 7 km-lik körpü həm avtomobil, həm də qatarların keçidi üçün inşa edilib. 20-ci əsrin ikinci yarısında tikilən bu körpü turistlərin də diqqətini cəlb edə bilib.

Gəzintimizin son günü isə daha maraqlı əraziyə təsadüf etdi. Bir anlıq özünü süni intellektlə hazırlanmış hər hansı filmin içinə düşmüş kimi hiss edirsən. Məşhur “Avatar” və “Meymunlar planeti” filmlərindən bir səhnəyə baxdığını zənn edirsən. Əslində isə bu, Çinin ən qədim və məşhur “Niushou dağı”nda “Hongjue” məbədi paqodasıdır. Buddistlərin tarixlərinə hörmət əlaməti olaraq 14 əsrdir ki, ziyarət etdiyi bu tikili bizi başqa bir dünyaya aparır.

Çin dünyanın başqa üzü və tamamilə fərqli mədəniyyətinə malik ölkələrindəndir. Buddaya ən böyük ehtiramı da onlar qoruyub saxlayır. “Nishou dağı”na getmək o qədər də asan deyil. Əvvəlcə şəhər mərkəzindən 40-50 km uzaqlaşırsan. Gəldiyin ərazidə isə bilet alaraq dağa qalxmaq məcburiyyətindəsən. Məbədin ərazisindəki “Shuttle bus”lar səni əvvəlcə “Hongjue”yə qalxan yolun başlanğıcına aparır. Buradan o tərəfə isə piyada getməlisən. Amma bütün işləri texnika vasitəsilə asanlaşdırmağa çalışan çinlilər buna da çarə tapıblar. Onlar müqəddəs ərazilərə qalxan yolları piyada gedərək savab qazanmağa çalışmırlar.

Eskalatorlarla məbədin girişinə qədər qalxa bilirsən. Məbədə girişin sağında “Foding paqodası” yerləşir. Bu paqoda digərinə nisbətən daha müasir tarixə malikdir. Memarlıq üslubu orta əsrlərə xas olsa da, 2015-ci ildə “Nishou dağı” məbədinin tərkibində tikilib. Dini və tarixi əhəmiyyətə malik tikili turistlərin də ziyarət məkanına çevrilib. 

Bu məbədin ən maraqlı hissəsi isə 1343 Budda və Bodhisattva heykəlinin yer aldığı ibadət zalıdır. Buddallar tam mənəvi maariflənməyə çatmış şəxs, Bodhisattvalar isə onların yolunu davam edərək zirvəyə çatmağa çalışanlardır.

Buddistlərin inanclarına görə Budda Allah deyil və o, kainatı yaratmayıb. İnsan olaraq doğulub və tam kamilliyə çata bilib. Elə “Nishou dağı”ndakı məbədin ibadət zalı da insan düşüncəsinin, kamilliyə çatmaq istəyənlərin sənət əsərini xatırladır. Məbədin dörd bir tərəfindəki Buddaların incə qızılı naxışlarla hazırlanan heykəlləri hazırkı dövrdə süni intelektlə ərsəyə gətirilən nağılları xatırladan filmlərin zamanında insan əli ilə necə yaradılmasının təzahürüdür.

Məbədin ibadət zalına daxil olanda ilk Budda heykəli ilə qarşılaşırsan və qarşısında müxtəlif yeməklər, meyvələr, şirniyyatlar olduğunu görürsən. Bu isə ziyarətə gələn buddistlərin Buddaya olan ehtiramının göstəricisidir. Onun üçün qoyulan sular və yeməklər hər gün dəyişilsə də, ibadətgahın sahibi hələ də nemətlərin dadına baxa bilmir. Amma insanlar da inancından dönmür.

Məbədin daxilindəki Buddizmin yaradıcısı sayılan Qautama Buddanın (Siddhartha Qautama) heykəli isə dünya kimi fırlanır. İnsanlar həm də Buddaların reinkarnasiyasına inanırlar. İnanclılar zənn edir ki, yaradıcı Qautama Buddanın əvvəlki həyatı da olub və bu gün o, yenidən doğulur.

Buddanın fırlanan heykəlinin yer aldığı yer isə onun cənnətidir. Bu cənnət isə “Sukhavati” (“Xoşbəxtlik diyarı”) adlanır. Eynilə təkallahlı dinlərdə olduğu kimi, insanlar “Sukhavati”ni də gözəl təbiət mənzərəli yer kimi təsvir edirlər. Elə “Nishou dağı”ndakı məbədin daxilində də ağac altında uzanmış Buddanın cənnətdə olduğu təsvir edilir. 

Saysız-hesabsız çinlinin getdiyi bu məbədə heç kəs ödənişsiz daxil ola bilmir. Onlar ziyarətgah saydıqları məbəddə pullarını ödəyib dua edə bilirlər. 

Məsələnin digər maraqlı tərəfi isə Çin Sədri Sin Cinpinin kommunist olaraq ideyalara heç bir təsir göstərməməsidir. Adətən, kommunist ölkələrində dini ibadətlərə məhdudiyyətlər qoyulur. Lakin Çin Sədri insanların minilliklərlə tarixindən gələn dini ənənəsinə təsir etmir.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Ölkə

16-05-2025, 12:40

Səyyad Aran: "5000 manat maaş alıram, necə qənaət edim?"

Siyasət

22-11-2025, 17:08

Avrasiyanın yeni güc mərkəzi: Azərbaycan Mərkəzi Asiya qarşısında yeni üfüqlər açır

Siyasət

12-03-2026, 15:25

İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının tam mətni

Ölkə
Bu məhsullar bahalaşıb - Siyahı
Bu məhsullar bahalaşıb - Siyahı
“Pilotların təlimi üçün təyyarələr alınacaq”
“Pilotların təlimi üçün təyyarələr alınacaq”
Küləklə bağlı - Xəbərdarlıq
Küləklə bağlı - Xəbərdarlıq
100-dən çox 150 illik ağacları kəsən dəstəyə qarşı əməliyyat keçirildi - Video
100-dən çox 150 illik ağacları kəsən dəstəyə qarşı əməliyyat keçirildi - Video
Siyasət
Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü
Dünən, 13:30
Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü
Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
Dünən, 12:14
Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
10-11-2026, 09:54
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
Bu gün Azərbaycanda Zəfər Günüdür
8-11-2026, 01:54
Bu gün Azərbaycanda Zəfər Günüdür
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
7-11-2026, 14:18
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
Prezidentlə xanımı Cəbrayıla getdi
6-11-2026, 12:59
Prezidentlə xanımı Cəbrayıla getdi
Xəbər Lenti
  • Bu gün, 09:23
    Turistlərin bol olduğu ölkədə ingilis dilini niyə bilməyəsən?
  • Bu gün, 09:15
    İran Bəhreyndəki ABŞ radar sistemini vurdu
  • Bu gün, 09:10
    “Microsoft” çökdü - Bu sistemlər işləmir
  • Bu gün, 09:05
    Tehrandan dünyaya atalar sözü ilə - Sərt xəbərdarlıq
  • Bu gün, 08:59
    Bu gün millimizin oyunu var
  • Dünən, 17:56
    Bu məhsullar bahalaşıb - Siyahı
  • Dünən, 17:37
    “İranla razılaşmaya ehtiyacımız yoxdur”
  • Dünən, 17:02
    Azərbaycan boksçusu Olimpiya 2-cisi oldu
  • Dünən, 16:34
    “Pilotların təlimi üçün təyyarələr alınacaq”
  • Dünən, 16:18
    Küləklə bağlı - Xəbərdarlıq
  • Dünən, 15:46
    Bakıda daha bir böyük tədbir keçiriləcək
  • Dünən, 15:00
    İndoneziyanın vitse-prezidenti saxta diplom qalmaqalına görə istefa verdi
  • Dünən, 14:12
    Bu ödənişin 50 faizini sahibkarlar üçün dövlət ödəyəcək
  • Dünən, 13:30
    9 ayda ölkəyə ən çox bu mallar gətirilib - Siyahı
  • Dünən, 12:22
    100-dən çox 150 illik ağacları kəsən dəstəyə qarşı əməliyyat keçirildi - Video
  • Dünən, 11:40
    “Trendyol” 2030-cu ilədək dayanıqlılıq hədəflərini açıqladı
  • Dünən, 11:12
    Gələn il idmana və gənclərin inkişafına bu qədər pul ayrılacaq
  • Dünən, 10:52
    Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq
  • Dünən, 10:08
    Azərbaycanda işləyənlərin orta aylıq maaşı açıqlandı
  • Dünən, 09:51
    Xərçəngin zəif nöqtəsi tapıldı - Öz-özünü məhv edə bilər
  • Dünən, 09:30
    Türkiyə Belçikaya, İtaliya Fransaya qarşı
  • Dünən, 09:00
    İsrail pasportu olanların ölkəyə girişini qadağan edirlər
  • Dünən, 08:50
    Dünyanın danışdığı xəyanət qalmaqalı böyüyür - Tramp aylar əvvəldən xəbərdar imiş...
  • Dünən, 08:49
    Azərbaycanda Konstitusiya Günüdür
  • Dünən, 17:46
    Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə